...

Azərbaycanın ali məktəblərinin magistraturalarına vakant yerlərin sayı açıqlandı

Cəmiyyət Materials 14 Avqust 2012 10:12 (UTC +04:00)
2012/2013-cü tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinin magistraturalarının boş qalan plan yerlərinə 347 nəfər qəbul olub.
Azərbaycanın ali məktəblərinin magistraturalarına vakant yerlərin sayı açıqlandı

Azərbaycan, Bakı, 14 avqust /Trend, müxbir İ.İsabalayeva/

2012/2013-cü tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinin magistraturalarının boş qalan plan yerlərinə 347 nəfər qəbul olub. Bu barədə çərşənbə axşamı Trend-ə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə deyib.

Onun sözlərinə görə, müsabiqə 1373 vakant yer üzrə aparılmışdı. Müsabiqədə iştirak etmək üçün 667 nəfər bakalavr ərizəsində ixtisas seçimi apararaq təsdiqləyib. Onların 579 nəfəri Azərbaycan, 88 nəfəri rus bölməsi üzrə sənəd verib.

Ali təhsil müəssisələrinin magistraturalarının boş qalan plan yerlərinə qəbul olanlar avqustun 15-dən 24-dək sənədlərini qəbul olduqları təhsil müəssisəsinə təqdim edərək qeydiyyatdan keçməlidirlər. Həmin müddətdə qeydiyyatdan keçməmək bakalavrın müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali təhsil müəssisəsinə göndərilməyəcək.

Qeyd edək ki, növbəti tədris ili üçün Azərbaycanın ali məktəblərinin magistraturalarında 1026 plan yeri boş qalıb.

Vakant yerlə üzrə müsabiqənin nəticələri avqustun 13-də açıqlanıb.

Xəbər lenti

Xəbər lenti