...

Sahib Səfərov: Azərbaycan xalqı öz zabitini geri qaytardı

Cəmiyyət Materials 31 Avqust 2012 15:45 (UTC +04:00)
Azərbaycan xalqı öz zabitini geri qaytardı. Bunu Trend-ə açıqlamasında Ramil səfərovun atası Sahib Səfərov deyib.
Sahib Səfərov: Azərbaycan xalqı öz zabitini geri qaytardı

Azərbaycan, Bakı, 31 avqust /Trend, müxbir M.Əliyev/

Azərbaycan xalqı öz zabitini geri qaytardı. Bunu Trend-ə açıqlamasında Ramil səfərovun atası Sahib Səfərov deyib.

"Mən onun Macarıstandan Azərbaycana gətirilən kimi tezliklə əfv olunmasını gözləmirdim. Buna görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürümüzü bildiririk", - Sahib Səfərov deyib.

Azərbaycan zabiti Ramil Səfərov isə Trend-ə açıqlamasında Azərbaycanın dövlət başçısına təşəkkür edib və ölkəsinə qayıtmasından şad olduğunu deyib.

Qeyd edək ki, Macarıstanda həbsdə olan Azərbaycan Ordusunun zabiti Ramil Səfərov bu gün Azərbaycana gətirilib. O, bu gün ölkə başçısının sərəncamı ilə əfv olunub.

Ramil Səfərov 2004-cü ilin yanvar ayında Müdafiə Nazirliyinin sərəncamı ilə NATO proqramları çərçivəsində Macarıstanın Budapeşt şəhərində keçirilən 3 aylıq ingilis dili kurslarına ezam olunmuşdu.

Vətənə dönməyə 20 gün qalmış - fevral ayının 19-da kurslarda iştirak edən Qurqen Markaryan adlı erməni zabitini qətlə yetirmişdi. Elə həmin tarixdə Budapeştin hüquq-mühafizə orqanları tərəfindən həbs olunmuşdu. Budapeşt Şəhər Məhkəməsinin 13 aprel 2006-cı il tarixli hökmü ilə ömürlük azadlıqdan məhrum edilmişdi.

Xəbər lenti

Xəbər lenti