...

Bakı-Şamaxı-Muğanlı yolunun tikintisi davam etdirilir (FOTO)

Cəmiyyət Materials 25 Sentyabr 2012 10:50 (UTC +04:00)
Bakı-Şamaxı-Yevlax avtomobil yolunun tikintisi çərçivəsində Bakı-Şamaxı-Muğanlı yolunun inşası işlərinin 2013-cü ildə yekunlaşacağı gözlənilir.
Bakı-Şamaxı-Muğanlı yolunun tikintisi davam etdirilir (FOTO)

Azərbaycan, Bakı, 25 sentyabr /Trend, müxbir E.Mehdiyev/

Bakı-Şamaxı-Yevlax avtomobil yolunun tikintisi çərçivəsində Bakı-Şamaxı-Muğanlı yolunun inşası işlərinin 2013-cü ildə yekunlaşacağı gözlənilir.

Trend-in "Azeryolservis" ASC-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, Bakı-Şamaxı-Muğanlı yolunun 15-45 km hissəsinin əlavə 2 hərəkət zolağı tikilməklə, 1-ci texniki dərəcəli, dörd zolağa çatdırılması hazırda davam etdirilir.

30 kilometrlik hissədə 4 avtobus dayanacağı, 1 yerüstü, 1 yeraltı piyada keçidi, 34 dairəvi, 8 düzbucaqlı boru tikiləcəkdir. Hazırda yol boyu torpaq işləri görülür. Tikinti işlərinin 2013-cü ildə yekunlaşacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti