...

Azərbaycan hökuməti elektron xidmət növlərinin yeni siyahısını təsdiq edib (SİYAHI)

Cəmiyyət Materials 22 Oktyabr 2012 12:10 (UTC +04:00)
Azərbaycan hökuməti mərkəzi icra hakimiyyəti orqanları tərəfindən elektron xidmətlər göstərilməsi qaydalarını və elektron xidmət növlərinin siyahısını təsdiq edib.
Azərbaycan hökuməti elektron xidmət növlərinin yeni siyahısını təsdiq edib (SİYAHI)

Azərbaycan, Bakı, 22 oktyabr /Trend müxbir İ.İsabalayeva/

Azərbaycan hökuməti mərkəzi icra hakimiyyəti orqanları tərəfindən elektron xidmətlər göstərilməsi qaydalarını və elektron xidmət növlərinin siyahısını təsdiq edib.

Trend-in məlumatına görə, Nazirlər Kabinetindən bildirilib ki, elektron xidmət növlərinin siyahısı yeni redaksiyada təsdiq edilib.

Elektron xidmət növlərinin

SİYAHISI

Sıra №-si

Xidmətin adı

1

2

1. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi

1.1.

Azərbaycan Respublikasına səfər etmək istəyən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə vizaların verilməsi üçün müraciətin və sənədlərin qəbulu

1.2.

Xarici müxbirlərin akkreditasiyası üçün müraciətin və sənədlərin qəbulu

1.3.

Xaricdə yaşayan azərbaycanlıların və Azərbaycan Respublikasının ərazisində olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin müraciətlərinin qəbulu

2. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi

2.1.

Xidməti və mülki silahın qeydiyyata alınması (qeydiyyatın dəyişdirilməsi) üçün müraciətin və sənədlərin qəbulu

2.2.

Xidməti və mülki silahın alınmasına və saxlanılmasına xüsusi icazənin verilməsi üçün müraciətin və sənədlərin qəbulu

2.3.

Müxtəlif növ möhürlərin və ştampların hazırlanmasına xüsusi razılığın verilməsi üçün müraciətin və sənədlərin qəbulu

2.4.

Qeyri-dövlət (özəl) mühafizə fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsi üçün müraciətin və sənədlərin qəbulu

2.5.

Mülkiyyətçilərin əmlakının mühafizəyə götürülməsi üçün müraciətin və sənədlərin qəbulu

2.6.

Sürücülük vəsiqəsinin verilməsi üçün müraciətin və sənədlərin qəbulu

2.7.

Nəqliyyat vasitələrinə texniki baxışın keçirilməsi üçün müraciətin və sənədlərin qəbulu

2.8.

Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalarla bağlı görülən tədbirlər barədə məlumat verilməsi və cərimələrin ödənilməsi

2.9.

Nəqliyyat vasitələrinin dövlət qeydiyyatına alınması üçün müraciətin və sənədlərin qəbulu

2.10.

Nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanında əks olunmuş rəqəmlərin və ya hərflərin kombinasiyasının sifariş verilməsi

2.11.

Nəqliyyat vasitələrində reklamın yayılmasına razılığın verilməsi üçün müraciətin və sənədlərin qəbulu

2.12.

Nəqliyyat vasitələrinin avadanlıqla təchiz olunmasına razılığın verilməsi üçün müraciətin və sənədlərin qəbulu

2.13.

Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiqləyən arayışın verilməsi üçün müraciətin qəbulu

2.14.

Vətəndaşların şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi üçün müraciətin və sənədlərin qəbulu

2.15.

Ümumvətəndaş pasportunun dəyişdirilməsi üçün müraciətin və sənədlərin qəbulu

2.16.

Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin şəxsiyyət vəsiqələrinin və onların ölkə hüdudlarını tərk etmək üçün şəxsiyyət vəsiqələrinin dəyişdirilməsi məqsədi ilə müraciətin və sənədlərin qəbulu

2.17.

Dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr, psixotrop maddələr, dövriyyəsinə nəzarət edilən psixotrop maddələr, narkotik vasitələrin və psixotrop maddələrin istehsalında istifadə edilən və dövriyyəsinə nəzarət edilən avadanlığın istifadəsinə xüsusi icazənin verilməsi üçün müraciətin və sənədlərin qəbulu

2.18.

Narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələr, həmin maddələri hazırlamaq və ya emal etmək üçün avadanlığın dövriyyəsinə xüsusi icazənin verilməsi məqsədi ilə müraciətin və sənədlərin qəbulu

2.19.

Daxili işlər orqanlarında xidmətə qəbul üçün müraciətin və sənədlərin qəbulu

2.20.

Məhkumluq barədə arayışların verilməsi üçün müraciətin və sənədlərin qəbulu

2.21.

Arxiv arayışlarının verilməsi üçün müraciətin və sənədlərin qəbulu

2.22.

İtirilmiş əşyanın tapılmaması barədə arayışların verilməsi üçün müraciətin və sənədlərin qəbulu

2.23.

Uşaq bağçalarına və yay istirahət düşərgələrinə yollayışların verilməsi üçün müraciətin və sənədlərin qəbulu

2.24.

Daxili İşlər Nazirliyinin "Xəzri" İstirahət və Sağlamlıq Mərkəzinə yollayışların verilməsi üçün müraciətin və sənədlərin qəbulu

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi

3.1.

Dövlət Notariat Arxivindən notariat hərəkətləri barədə məlumatın və onlarla bağlı sənədlərin surətlərinin verilməsi

3.2.

Qeydiyyat orqanları və vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının aparılması barədə məlumatın verilməsi

3.3.

Azərbaycan adları barədə məlumatın verilməsi

3.4.

Qeydiyyata alınmış vətəndaşlıq vəziyyəti aktları ilə bağlı sənədlərin verilməsi

3.5.

Qeyri-kommersiya hüquqi şəxslərin və təhsil müəssisələrinin qeydiyyatı proseduru, adları, eləcə də qeydiyyata alınıb-alınmaması barədə məlumatın verilməsi

3.6.

Mətbu nəşrlərin uçotu üçün müraciətin və sənədlərin qəbulu

3.7.

Qeydiyyata alınmış qeyri-kommersiya hüquqi şəxslər və təhsil müəssisələri üçün fərdi e-pəncərə

3.8.

Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən məlumatın verilməsi

3.9.

Doğum, ölüm, nikah, nikahın pozulması, övladlığa götürmə və atalığı müəyyən etmək haqqında vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün müraciətin və sənədlərin qəbulu

3.10.

Notariat kontorları və notariat hərəkətlərinin aparılması barədə məlumatın verilməsi

3.11.

İcra qurumları və onlar tərəfindən hərraca çıxarılan əmlaklar, eləcə də dəyəri 500 manatdan artıq olmayan daşınar əmlakın satışı üzrə ticarət şəbəkələri haqqında məlumatın verilməsi

3.12.

Mülki dövriyyə nəticəsində baş verən hüquqi hadisələrdən yaranan yeni hüquq və vəzifələr barədə fiziki və hüquqi şəxslərin məlumatlandırılması

3.13.

Ədliyyə orqanları və notariusların qəbuluna onlayn yazılış

3.14.

Azərbaycan Respublikasının vətəndaşlarına, həmçinin Azərbaycan Respublikasında daimi yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə fərdi identifikasiya nömrəsi barədə məlumatın verilməsi

3.15.

Borcun, icra ödənişinin, icra hərəkətləri ilə bağlı xərclərin internet vasitəsilə ödənilməsi

3.16.

Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məlumatın verilməsi

3.17.

Ədliyyə Nazirliyinə elektron müraciət

4. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi

4.1.

Xüsusi razılıqların (lisenziyaların) verilməsi üçün müraciətin və sənədlərin qəbulu

4.2.

Xüsusi icazələrin verilməsi üçün müraciətin və sənədlərin qəbulu

4.3.

Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyində obyektlərin ekspertizasının aparılması üçün müraciətin və sənədlərin qəbulu

4.4.

Kiçik Həcmli Gəmilər üzrə Dövlət Müfəttişliyi tərəfindən gəmilərin dövlət qeydiyyatının aparılması üçün müraciətin və sənədlərin qəbulu

5. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi

5.1.

Sığorta, təkrar sığorta, sığorta brokeri, sığorta agenti fəaliyyətinə xüsusi razılığın (lisenziyanın) verilməsi üçün müraciətin və sənədlərin qəbulu

5.2.

Qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və istifadəsi, dövriyyəsi fəaliyyətinə xüsusi razılığın (lisenziyanın) verilməsi üçün müraciətin və sənədlərin qəbulu

5.3.

Ciddi hesabat blanklarının hazırlanması fəaliyyətinə xüsusi razılığın (lisenziyanın) verilməsi üçün müraciətin və sənədlərin qəbulu

5.4.

Qeyri-dövlət pensiya fondlarının fəaliyyətinə xüsusi razılığın (lisenziyanın) verilməsi üçün müraciətin və sənədlərin qəbulu

6. Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi

6.1.

Malın mənşə ölkəsini təsdiq edən sertifikatın verilməsi üçün müraciətin və sənədlərin qəbulu

6.2.

İxrac olunan yeyinti məhsullarının keyfiyyətini və təhlükəsizliyini təsdiq edən keyfiyyət sertifikatının verilməsi üçün müraciətin və sənədlərin qəbulu

6.3.

Kommersiya hüquqi şəxslərə münasibətdə qrant müqavilələrinin qeydiyyata alınması üçün müraciətin və sənədlərin qəbulu

6.4.

Əmtəə birjasının fəaliyyətinə xüsusi razılığın (lisenziyanın) verilməsi üçün müraciətin və sənədlərin qəbulu

6.5.

Əlvan metal, tərkibində qiymətli metallar və daşlar olan sənaye və istehsalat tullantılarının tədarükü, emalı və satışı fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsi üçün müraciətin və sənədlərin qəbulu

6.6.

Avropa İttifaqı ölkələrinə yeyinti məhsullarının ixracı ilə məşğul olan istehsal və emal müəssisələrinə təsdiqedici kod nömrəsinin verilməsi üçün müraciətin və sənədlərin qəbulu

6.7.

İnzibati cərimələrin və maliyyə sanksiyalarının internet vasitəsilə ödənilməsi

7. Azərbaycan Respublikasının Vergilər Nazirliyi

7.1.

Elektron bəyannamənin qəbulu

7.2.

Elektron vergi hesab fakturasının qəbulu

7.3.

Vahid depozit hesabı vasitəsilə ƏDV üzrə elektron ödənişlərin və əvəzləşmələrin aparılması

7.4.

Fərdi sahibkarların onlayn qeydiyyatı

7.5.

Kommersiya hüquqi şəxslərin onlayn qeydiyyatı

7.6.

ƏDV məqsədləri üçün onlayn qeydiyyat

7.7.

Bank idarələrində hesabların açılması

7.8.

Vergi və digər büdcə daxilolmalarının internet vasitəsilə ödənilməsi

7.9.

Bəyannamələrin vergi orqanları tərəfindən hazırlanması və təsdiq edilmək üçün vergi ödəyicilərinə göndərilməsi

7.10.

Sadələşdirilmiş vergi bəyannaməsinin vergi orqanına onlayn təqdim edilməsi

7.11.

Vergi bəyannamələrinin ( sadələşdirilmiş vergi bəyannaməsi istisna olmaqla), hesabat və arayışların vergi orqanına onlayn təqdim edilməsi

7.12.

Vergi borcu barədə arayışın verilməsi üçün müraciətin qəbulu

7.13.

Şəxsi hesab vərəqəsindən çıxarışın verilməsi üçün müraciətin qəbulu

7.14.

Üzləşmə aktlarının verilməsi üçün müraciətin qəbulu

7.15.

Vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) onlayn qeydiyyatı

7.16.

Vergi ödəyicisinin filialının, nümayəndəliyinin onlayn qeydiyyatı

7.17.

Vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) onlayn qeydiyyatdan çıxarılması

7.18.

Vergi ödəyicisinin filialının, nümayəndəliyinin onlayn qeydiyyatdan çıxarılması

7.19.

ƏDV məqsədləri üçün qeydiyyatın onlayn ləğv edilməsi

7.20.

Nəzarət-kassa aparatının onlayn qeydiyyatı və qeydiyyatdan çıxarılması

7.21.

POS-terminalın onlayn qeydiyyatı

7.22.

POS-terminalın onlayn qeydiyyatdan çıxarılması

7.23.

Fiziki şəxsin fəaliyyətinin onlayn dayandırılması

7.24.

Hüquqi şəxsin fəaliyyətinin onlayn dayandırılması

7.25.

Hüquqi şəxsin filialının, nümayəndəliyinin fəaliyyətinin onlayn dayandırılması

7.26.

Vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin onlayn dayandırılması

7.27.

Fiziki şəxsin fəaliyyətinin onlayn bərpası

7.28.

Hüquqi şəxsin fəaliyyətinin onlayn bərpası

7.29.

Hüquqi şəxsin filialının, nümayəndəliyinin fəaliyyətinin onlayn bərpası

7.30.

Vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin onlayn bərpası

7.31.

Hüquqi şəxsin uçot məlumatlarının onlayn dəyişdirilməsi

7.32.

Fiziki şəxsin uçot məlumatlarının onlayn dəyişdirilməsi

7.33.

Hüquqi şəxsin filialının, nümayəndəliyinin uçot məlumatlarının onlayn dəyişdirilməsi

7.34.

Vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) uçot məlumatlarının onlayn dəyişdirilməsi

7.35.

Vergilər Nazirliyinə göndərilmiş müraciətlərin, sorğuların və məktubların icrasının müraciət edənlər tərəfindən onlayn izlənilməsi

7.36.

Satınalmalar üzrə məlumatların onlayn təqdim edilməsi

7.37.

Vergi orqanı əməkdaşlarının fəaliyyətində korrupsiya və digər hüquqpozma halları barədə məlumatın onlayn verilməsi

7.38.

Vergi orqanı əməkdaşlarının qeyri-etik davranışı barədə məlumatın onlayn verilməsi

7.39.

Vergi Apellyasiya Şurasına müraciətin onlayn təqdim edilməsi

7.40.

Vətəndaşların video qəbulu

7.41.

Büdcə rekvizitləri barədə məlumatın verilməsi

7.42.

Vergi kalkulyatoru

7.43.

İstehsal fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri barədə məlumatların verilməsi

7.44.

Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatların verilməsi

7.45.

Kommersiya qurumlarının dövlət reyestri məlumatlarının verilməsi

7.46.

ƏDV ödəyiciləri barədə məlumatların verilməsi

7.47.

Kommersiya hüquqi şəxsin adının unikallığının yoxlanılması

7.48.

Çağrı Mərkəzində vergi qanunvericiliyi və elektron xidmətlərin tətbiqi ilə bağlı sualların cavablandırılması

7.49.

Çağrı Mərkəzində vergidən yayınma halları və vergi orqanlarının vəzifəli şəxslərinin hərəkəti (hərəkətsizliyi) barədə müraciətlərin qəbulu

7.50.

Çağrı Mərkəzində vergi növləri barədə məlumatın verilməsi

7.51.

Çağrı Mərkəzində vergi borcu barədə məlumatın təqdim edilməsi

7.52.

Çağrı Mərkəzində SMS vasitəsilə daxil olmuş müraciətlərin SMS ilə cavablandırılması

7.53.

Çağrı Mərkəzində qeyri-iş saatlarında zəng etmiş şəxsin sonradan onunla canlı rejimdə əlaqə yaradılması barədə müraciətinin qəbulu

7.54.

Vergi ödəyiciləri ilə sual-cavab

7.55.

Vergilər nazirinə onlayn müraciət

7.56.

Vergi orqanlarına xidmətə qəbul üçün müraciətin və sənədlərin qəbulu

7.57.

Vergi orqanlarında vakant vəzifələr üzrə qeydə alınmış namizədlər barədə statistik məlumatların verilməsi

8. Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi

8.1.

Neft məhsullarının satışına xüsusi razılıq (lisenziya) verilməsi üçün müraciətin və sənədlərin qəbulu

8.2.

Qaz məhsullarının satışına xüsusi razılıq (lisenziya) verilməsi üçün müraciətin və sənədlərin qəbulu

8.3.

İxrac nəzarətinə düşən və Sənaye və Energetika Nazirliyinin səlahiyyətinə aid olan malların (işlər, xidmətlər, əqli fəaliyyətin nəticələri) ixracı, idxalı, təkrar ixracı, təkrar idxalı və tranziti üçün xüsusi icazənin verilməsi məqsədi ilə müraciətin və sənədlərin qəbulu

8.4.

Qiymətli daşların hasilatı, qızılın və digər qiymətli metalların, neftin, neft məhsullarının və təbii qazın hasilatı və emalı, neft və neft məhsulları tullantılarının emalı vasitələrinin dövriyyəsinə dair xüsusi icazənin verilməsi üçün müraciətin və sənədlərin qəbulu

8.5.

İxrac məqsədli neft-qaz fəaliyyəti üçün podratçılara və subpodratçılara xüsusi iqtisadi rejimin tətbiqi haqqında şəhadətnamə verilməsi məqsədi ilə müraciətin və sənədlərin qəbulu

8.6.

Alternativ və bərpa olunan enerji mənbələri üzrə fəaliyyətə xüsusi icazənin verilməsi üçün müraciətin və sənədlərin qəbulu

8.7.

Sənaye qurğularının istismara buraxılmasına xüsusi icazənin verilməsi üçün müraciətin və sənədlərin qəbulu

8.8.

Qaz istismarı qaydalarının pozulmasına görə cərimələrin internet vasitəsilə ödənilməsi

8.9.

Enerji istismarı qaydalarının pozulmasına görə cərimələrin internet vasitəsilə ödənilməsi

9. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

9.1.

Məşğulluqla bağlı, habelə peşə hazırlığı, əlavə təhsil və haqqı ödənilən ictimai işlərə cəlb olunmaq üçün müraciətin və sənədlərin qəbulu

9.2.

Peşə seçimi ilə bağlı onlayn testləşdirmə

9.3.

Məşğulluq orqanları vasitəsilə iş axtarışı

9.4.

İşəgötürənlərin hesabatlarının onlayn təqdim edilməsi

9.5.

İşsizlik statusunun verilməsi və müavinətinin təyin edilməsi üçün müraciətin və sənədlərin qəbulu

9.6.

İşsizlik müavinətinin məbləğinin hesablanması kalkulyatoru

9.7.

İstehsalatda baş verən bədbəxt hadisə barədə aidiyyəti dövlət strukturuna məlumatların verilməsi

9.8.

Ünvanlı sosial yardım verilməsi üçün müraciətin və sənədlərin qəbulu

9.9.

Dövlət sosial təminat xidmətləri üzrə müraciətin və sənədlərin qəbulu

9.10.

Sosial müavinətlərin və təqaüdlərin hesablanması üzrə sosial kalkulyator

9.11.

Əlilliyin müəyyən edilməsi, tibbi-sosial reabilitasiyanın həyata keçirilməsi, protez-ortopedik məmulatların və reabilitasiya vasitələrinin təminatı üçün müraciətin və sənədlərin qəbulu

9.12.

Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə işə düzəlmələrində vasitəçilik fəaliyyətinə xüsusi razılığın (lisenziyanın) verilməsi üçün müraciətin və sənədlərin qəbulu

10. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi

10.1.

Etil (yeyinti) spirtinin və alkoqollu içkilərin (şərabın, konyakın, arağın və siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən digər alkoqollu içkilərin) istehsalı və idxalına xüsusi razılıq (lisenziya) verilməsi üçün müraciətin və sənədlərin qəbulu

10.2.

Tütün məmulatının istehsalı və idxalına xüsusi razılıq (lisenziya) verilməsi üçün müraciətin və sənədlərin qəbulu

10.3.

Özəl baytarlıq təbabəti fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsi üçün müraciətin və sənədlərin qəbulu

10.4.

Baytarlıq preparatlarının istehsalı və satışı fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsi üçün müraciətin və sənədlərin qəbulu

10.5.

Özəl toxumçuluq fəaliyyəti sahəsində şəhadətnamənin verilməsi üçün müraciətin və sənədlərin qəbulu

10.6.

Özəl damazlıq fəaliyyəti sahəsində şəhadətnamənin verilməsi üçün müraciətin və sənədlərin qəbulu

10.7.

Baytarlıq nəzarətində olan yüklərin, o cümlədən baytarlıq preparatlarının, yem və yem əlavələrinin idxal-ixracına icazənin verilməsi üçün müraciətin və sənədlərin qəbulu

10.8.

Baytarlıq preparatlarının aprobasiyası, ekspertizası, sınaqdan keçirilməsi, dövlət qeydiyyatına alınması, dövlət reyestrinin aparılması və qeydiyyat şəhadətnaməsinin verilməsi üçün müraciətin və sənədlərin qəbulu

10.9.

Lizinq əməliyyatlarının aparılması üçün müraciətin və sənədlərin qəbulu

10.10.

Traktorların, həmçinin meşə və kənd təsərrüfatında istifadə edilən digər mexaniki nəqliyyat vasitələrinin dövlət qeydiyyatına alınması üçün müraciətin və sənədlərin qəbulu

10.11.

Traktorların, həmçinin meşə və kənd təsərrüfatında istifadə edilən digər mexaniki nəqliyyat vasitələrinə dövlət texniki baxışın keçirilməsi üçün müraciətin və sənədlərin qəbulu

10.12.

Traktor sürücüsü vəsiqəsinin verilməsi üçün müraciətin və sənədlərin qəbulu

11. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi

11.1.

Təsərrüfat (iqtisadi) fəaliyyətlərinin həyata keçirilməsi ilə əlaqədar dövlət ekoloji ekspertiza rəyinin verilməsi

11.2.

Toksiki istehsalat tullantılarının utilizasiyasına və zərərsizləşdirilməsinə xüsusi razılıq (lisenziya) verilməsi üçün müraciətin və sənədlərin qəbulu

11.3.

Yabanı dərman bitkilərinin xammalının yığılmasına xüsusi razılıq (lisenziya) verilməsi üçün müraciətin və sənədlərin qəbulu

11.4.

Mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların (ozondağıdıcı maddələr və tərkibində belə maddələr olan məhsullar) dövriyyəsinə xüsusi icazə verilməsi üçün müraciətin və sənədlərin qəbulu

11.5.

Atmosfer havasına zərərli maddələrin atılmasına və zərərli fiziki təsirlərə xüsusi icazənin verilməsi üçün müraciətin və sənədlərin qəbulu

11.6.

Sudan xüsusi istifadəyə icazənin verilməsi üçün müraciətin və sənədlərin qəbulu

11.7.

Ekoloji və normativ sənədlərin razılaşdırılması və təsdiq edilməsi üçün müraciətin və sənədlərin qəbulu

11.8.

Meşə fonduna daxil olmayan yaşıllıqların istifadəsi, mühafizəsi və qorunması ilə əlaqədar rəyin verilməsi

11.9.

Yerin təki sahəsinə faydalı qazıntıların çıxarılması, faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğuları tikmək və istismar etmək məqsədi ilə dağ-mədən ayırması statusunun verilməsi üçün müraciətin və sənədlərin qəbulu

11.10.

Vəhşi heyvanların ovuna icazələrin verilməsi üçün müraciətin və sənədlərin qəbulu

11.11.

Sənaye balıq ovu üçün balıqovlama biletlərinin verilməsi məqsədi ilə müraciətin və sənədlərin qəbulu

11.12.

Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə ov etmək üçün icazənin verilməsi məqsədi ilə müraciətin və sənədlərin qəbulu

11.13.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin səlahiyyətlərinə aid edilmiş mal və materialların idxalına və ixracına razılığın verilməsi

11.14.

Milli Parklara onlayn bilet satışı

11.15.

Meşə məhsulları və dərman bitkilərinin onlayn satışı

11.16.

Meşə fondu torpaqlarından istifadə edilməsi üçün razılığın verilməsi

11.17.

Ətraf mühit və təbii sərvətlərlə bağlı məlumatların verilməsi

11.18.

Cərimə, ziyan və ödəmələrin internet vasitəsilə ödənilməsi

12. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi

12.1.

Mehmanxana, istirahət evləri, pansionlar və digər analoji yerləşdirmə obyektlərinin ballarının onlayn hesablanması, qeydiyyatı və kateqoriyaların verilməsi xidmətləri

12.2.

Arxiv arayışlarının, arxiv sənədlərindən çıxarışların, arxiv sənədlərinin surətlərinin verilməsi üçün müraciətin və sənədlərin qəbulu

12.3.

Mədəni və tarixi sərvətlərin hüquqi, fiziki şəxslər və əcnəbi vətəndaşlar tərəfindən respublika ərazisindən kənara çıxarılmasına, həmçinin qaytarılmasına icazələrin verilməsi üçün müraciətin və sənədlərin qəbulu

12.4.

Mədəniyyət və turizm üzrə investisiya layihələrinin və proqramlarının onlayn təqdim edilməsi

12.5.

Turizm fəaliyyəti ilə məşğul olan şirkətlərin və turistlərin səfərlərinin təşkil olunduğu xarici ölkələrdə (yerlərdə) və ölkə ərazisində turizm fəaliyyəti ilə məşğul olan obyektlərdə və əcnəbi turistlərin səfərlərinin təşkil olunduğu digər yerlərdə mövcud vəziyyət barədə məlumatın verilməsi

12.6.

Turizm, mehmanxana, mehmanxana tipli obyektlərə və turizm fəaliyyəti ilə məşğul olmaq istəyən hüquqi və fiziki şəxslərə icazələrin, lisenziyaların verilməsi üçün müraciətin və sənədlərin qəbulu

12.7.

Fiziki və hüquqi şəxslərə tarix və mədəniyyət abidələrinin bərpası üzrə işlərin yerinə yetirilməsi üçün icazələrin verilməsi ilə bağlı müraciətin və sənədlərin qəbulu

12.8.

Arxeoloji qazıntı işlərinin aparılması ilə əlaqədar icazələrin qeydiyyatı üçün müraciətin və sənədlərin qəbulu

12.9.

Abidələrin təhlükəsizliyini təmin etmək məqsədi ilə hüquqi və fiziki şəxslərlə mühafizə müqavilələrinin və aktlarının bağlanılması üçün müraciətin və sənədlərin qəbulu

12.10.

Daşınmaz tarix və mədəniyyət abidələrinin alqı-satqısı ilə əlaqədar icazələrin verilməsi üçün müraciətin və sənədlərin qəbulu

12.11.

Filmlərin dövlət reyestrində qeydə alınmasına və ölkə ərazisində nümayişinə icazələrin verilməsi üçün müraciətin və sənədlərin qəbulu

12.12.

Kino üzrə ekspert şuralarına və ssenari müsabiqələrinin münsiflər heyətinə sinopsis və ssenarilərin təqdim edilməsi

12.13.

Şəhər, rayon mərkəzləşdirilmiş kitabxana və muzey sistemlərinin hesabatlarının onlayn təqdim edilməsi

12.14.

Fiziki və hüquqi şəxslərə dövlət kitabxana və muzey fondunda saxlanılan biblioqrafiya məlumatlarının verilməsi

12.15.

Fiziki və hüquqi şəxslərə dövlət kitabxana və muzey fondunda saxlanılan və müəllif hüquqları ilə qorunmayan məlumatların verilməsi

12.16.

Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olan təşkilatlarda (dövlət teatr-tamaşa və konsert müəssisələrində, rəsm qalereyalarında, muzeylərdə, qoruqlarda və s.) keçirilən mədəni tədbirlərə onlayn bilet satışı

12.17.

Mədəniyyət və Turizm Nazirliyinin CİS naviqasiya sistemi üzrə xidmətlər

13. Azərbaycan Respublikasının Təhsil Nazirliyi

13.1.

Ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üçün müraciətin və sənədlərin qəbulu və imtahan nəticələri haqqında məlumat verilməsi

13.2.

"2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"na əsasən müraciətin və sənədlərin qəbulu

13.3.

Təhsil müəssisələrinin akkreditasiyası üçün müraciətin və sənədlərin qəbulu

13.4.

Təhsil müəssisələrinə lisenziyaların verilməsi üçün müraciətin və sənədlərin qəbulu

13.5.

İlk peşə-ixtisas təhsili müəssisələrinə qəbul üçün müraciətin və sənədlərin qəbulu

13.6.

Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyin müəyyən edilməsinin (nostrifikasiyası) onlayn yoxlanılması

13.7.

Təhsil sənədlərinin həqiqiliyinin onlayn yoxlanılması

13.8.

Şagirdlərin təhsildə qazandıqları cari nailiyyətləri əks etdirən məlumatların verilməsi

14. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi

14.1.

Vətəndaşlara elektron sağlamlıq kartı üzrə məlumatların verilməsi

14.2.

Dövlət tərəfindən dərman vasitələri ilə təmin olunan xəstələrə şəxsi məlumatları, onların qeydiyyatı və aldığı dərmanlar barədə məlumatın verilməsi

14.3.

Obliqat qruplara aid vətəndaşlara müayinələrdən keçmələri barədə məlumatın verilməsi

14.4.

Müəssisə rəhbərlərinə obliqat qrupuna daxil olan işçiləri barədə məlumatın verilməsi

14.5.

Özəl tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmaq üçün xüsusi razılığın (lisenziya) verilməsi üçün müraciətin və sənədlərin qəbulu

14.6.

Səhiyyə Nazirliyinin tabeliyində olan tibb müəssisələrində işə qəbulla bağlı keçiriləcək müsabiqələrdə iştirak etmək üçün müraciətin və sənədlərin qəbulu

14.7.

Dərman vasitələri haqqında məlumatın verilməsi

14.8.

İmmunoprofilaktika üzrə məlumatın verilməsi

14.9.

Ambulator tibb müəssisələrindən evə çağırış və ya həkim qəbuluna yazılma

14.10.

Xarici ölkələrdə ali və orta ixtisas təhsili almış, diplomdan sonra ixtisaslaşma keçən tibb və əczaçılıq işçilərinin işə buraxılması üçün müraciətin və sənədlərin qəbulu

14.11.

Tibb müəssisələri barədə məlumatların verilməsi

14.12.

Tibbi arayışların elektron registrindən məlumatların verilməsi

14.13.

"Doğum haqqında tibbi şəhadətnamə" elektron registrindən məlumatların verilməsi

14.14.

"Ölüm haqqında tibbi şəhadətnamə" elektron registrindən məlumatların verilməsi

14.15.

Özəl tibb müəssisəsində narkotik və psixotrop maddələrin istifadəsinə razılıq məktubunun verilməsi

14.16.

Dərman vasitələrinin idxalına icazə verilməsi üçün müraciətin və sənədlərin qəbulu

14.17.

Prekursorların idxalı, ixracı, tranzit nəql edilməsi və istehsalı ilə məşğul olmağa xüsusi razılığın verilməsi (lisenziya) üçün müraciətin və sənədlərin qəbulu

14.18.

Dərman vasitəsinin və dərman maddəsinin dövlət qeydiyyatı şəhadətnaməsinin verilməsi üçün müraciətin və sənədlərin qəbulu

14.19.

Səhiyyə Nazirliyinə göndərilmiş sorğuların və məktubların icrasının müraciət edənlər tərəfindən onlayn izlənilməsi

14.20.

Radioaktiv maddə və materialların, ionlaşdırıcı şüa mənbələri olan qurğuların, avadanlıqların və radioaktiv tullantıların daşınması üsullarının və şəraitinin sanitariya qaydalarına uyğun olması barədə sanitar-epidemioloji rəyin verilməsi

14.21.

Yeyinti məhsulları üzərində "müalicəvi", "pəhriz" və onlara bərabər tutulan adların verilməsi və reklam xarakterli digər məlumatların etiketdə yerləşdirilməsinə icazə məktubunun verilməsi

14.22.

Rentgen kabinetinin istismarına icazə verən sanitar-epidemioloji rəyin verilməsi

14.23.

İonlaşdırıcı şüa mənbələri ilə işlərə icazə verən sanitar-epidemioloji rəyin verilməsi

14.24.

Qida məhsullarının daşınmasına icazə verən sanitariya pasportunun verilməsi üçün müraciətin və sənədlərin qəbulu

14.25.

Mehmanxana və mehmanxana tipli obyektlər üçün sanitariya pasportunun verilməsi üçün müraciətin və sənədlərin qəbulu

14.26.

Gəminin (daxili sularda üzən gəmilər üçün) sanitariya nəzarətindən azad edilməsi haqqında şəhadətnamənin verilməsi üçün müraciətin və sənədlərin qəbulu

14.27.

Üzmə hüququ üçün gəmi (daxili sularda üzən gəmilər üçün) sanitariya şəhadətnaməsinin verilməsi məqsədi ilə müraciətin və sənədlərin qəbulu

14.28.

Tikinti üçün torpaq sahəsinin sanitariya-gigiyena cəhətdən yararlı olması haqqında rəyin verilməsi

14.29.

Tikinti və yenidənqurma layihələrinə sanitar-epidemioloji rəyin verilməsi

14.30.

Daxili istehsal məhsullarına və idxal edilən məhsullara gigiyenik sertifikatın verilməsi üçün müraciətin və sənədlərin qəbulu

14.31.

Beş ildən çox işləməyən tibb mütəxəssislərinin hazırlığa göndərilməsi üçün müraciətin və sənədlərin qəbulu

14.32.

Tibb işçilərinin sertifikasiyadan keçməsi üçün müraciətin və sənədlərin qəbulu

14.33.

Tibb işçilərinin ixtisas dərəcələrinin artırılması ilə əlaqədar müraciətin və sənədlərin qəbulu

14.34.

Xarici ölkələrdə tibbi təhsil və ya fəaliyyət göstərilməsi üçün müvafiq arayışın verilməsi məqsədi ilə müraciətin və sənədlərin qəbulu

14.35.

Respublikadan kənarda müalicə alınması ilə əlaqədar müraciətin və sənədlərin qəbulu

14.36.

Tibbi müayinə kartlarının onlayn sifarişi

14.37.

Profilaktik peyvəndlərin vaxtı barədə SMS vasitəsilə xəbərdarlıq verilməsi

14.38.

Tibbi kadrların vahid registrindən məlumatların verilməsi

15. Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi

15.1.

Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi üçün müraciətin və sənədlərin qəbulu

15.2.

Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların dövriyyəsi üçün xüsusi icazə verilməsi məqsədi ilə müraciətin və sənədlərin qəbulu

15.3.

İxrac nəzarətinə düşən mallar (işlər, xidmətlər, əqli fəaliyyətin nəticələri) üzrə xüsusi icazə verilməsi üçün müraciətin və sənədlərin qəbulu

15.4.

Nömrə resurslarının ayrılması üçün müraciətin və sənədlərin qəbulu

15.5.

Təsisçisi və ya redaksiyasının daimi yeri Azərbaycan Respublikasının hüdudlarından kənarda olan xarici dövri mətbu nəşrlərin Azərbaycan Respublikasında yayılmasına razılıq verilməsi üçün müraciətin və sənədlərin qəbulu

15.6.

Telefon çəkilişi, nömrənin dəyişdirilməsi və addan ada keçirilməsi üçün müraciətin və sənədlərin qəbulu

15.7.

Telefon servis xidmətlərinə qoşulma üçün müraciətin və sənədlərin qəbulu

15.8.

İnternet xidmətlərinə qoşulma üçün müraciətin və sənədlərin qəbulu

15.9.

Telekommunikasiya vasitələrinə və qurğularına uyğunluq sertifikatının verilməsi üçün müraciətin və sənədlərin qəbulu

15.10.

Radiorabitə vasitələrinin qeydiyyatı üçün müraciətin və sənədlərin qəbulu

15.11.

Rabitə xidmət haqlarının internet vasitəsilə ödənilməsi

15.12.

Rabitə və kommunal xidmətlər üzrə borcların internet vasitəsilə öyrənilməsi

15.13.

Şəhərlərarası və beynəlxalq danışıq qəbzləri (danışıqların açıqlamaları) barədə məlumatın verilməsi

15.14.

Poçt göndərişlərinin izlənilməsi

15.15.

Dövri mətbuata internet-abunə

15.16.

Elektron imzanın verilməsi üçün müraciətin və sənədlərin qəbulu

16. Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi

16.1.

Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarına xüsusi razılıq (lisenziya) verilməsi üçün müraciətin və sənədlərin qəbulu

16.2.

Rəqəmsal taxoqraf kartlarının verilməsi üçün müraciətin və sənədlərin qəbulu

16.3.

Dəmir yolu nəqliyyatında sərnişin daşımaları üçün elektron bilet satışı

16.4.

Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkət etməsinə xüsusi icazə verilməsi üçün müraciətin və sənədlərin qəbulu

16.5.

Nəqliyyat Nazirliyinin balansında olan ümumi istifadə edilən avtomobil yollarının təhkim və mühafizə zolağında müvafiq işlərin görülməsinə razılıq verilməsi üçün müraciətin və sənədlərin qəbulu

17. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi

17.1.

Gənclər və İdman Nazirliyi tərəfindən təşkil edilən beynəlxalq və respublika səviyyəli tədbirlərdə iştirak etmək üçün müraciətin və sənədlərin qəbulu

17.2.

İdman təsnifatına uyğun olaraq, idman sahəsində fəxri adların verilməsi üçün müraciətin və sənədlərin qəbulu

17.3.

Gənclər təşkilatlarının layihələrinin qismən maliyyələşdiril-məsi ilə bağlı qrant müsabiqəsində iştirak etmək üçün müraciətin və sənədlərin qəbulu

17.4.

Gənclərin beynəlxalq tədbirlərdə iştirakı üçün müraciətin və sənədlərin qəbulu

17.5.

Yarış məqsədli idman nəqliyyat vasitələrinin dövlət qeydiyyatına alınması üçün müraciətin və sənədlərin qəbulu

17.6.

İdman mərc oyunlarının həyata keçirilməsi məqsədi ilə hüquqi şəxsin akkreditasiya olunması üçün müraciətin və sənədlərin qəbulu

18. Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi

18.1.

İxrac nəzarətinə düşən mallar (işlər, xidmətlər, əqli fəaliyyətin nəticələri) üzrə xüsusi icazənin verilməsi üçün müraciətin və sənədlərin qəbulu

19. Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi

19.1.

Qiymətli kağızların qeydiyyatı üçün müraciətin və sənədlərin qəbulu

19.2.

Xüsusi razılığın (lisenziyanın) verilməsi üçün müraciətin və sənədlərin qəbulu

19.3.

Lotereyanın təşkili və keçirilməsinin qeydiyyatı üçün müraciətin və sənədlərin qəbulu

19.4.

Qiymətli kağızlar bazarının iştirakçıları tərəfindən hesabatların onlayn təqdim edilməsi

19.5.

Qiymətli kağızların dövriyyədən çıxarılması üçün müraciətin və sənədlərin qəbulu

19.6.

Emitentlərin adlarının dəyişməsi ilə əlaqədar qiymətli kağızların dövlət reyestrində dəyişikliklərin edilməsi üçün müraciətin və sənədlərin qəbulu

19.7.

Qiymətli kağızların girovda olub-olmaması barədə arayışların verilməsi üçün müraciətin və sənədlərin qəbulu

19.8.

Qiymətli kağızlarla girova xitam verilməsi üçün müraciətin və sənədlərin qəbulu

19.9.

Qiymətli kağızlar bazarı iştirakçılarının attestasiyadan keçirilməsi üçün müraciətin və sənədlərin qəbulu

19.10.

Lotereya təşkilatçılarının, idman-mərc və cıdır-şans (totalizator) oyunlarının operatorları tərəfindən hesabatların onlayn təqdim olunması

20. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi

20.1.

Dövlət standartlarına uyğun olaraq I və II məsuliyyət səviyyəli bina və qurğuların layihələndirilməsi fəaliyyəti ilə məşğul olmaq üçün hüquqi və fiziki şəxslərə xüsusi razılıq (lisenziya) verilməsi üçün müraciətin və sənədlərin qəbulu

21. Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkün­lərin İşləri üzrə Dövlət Komitəsi

21.1.

Status sənədlərinin verilməsi üçün müraciətin və sənədlərin qəbulu

21.2.

Əraziləri işğal olunmuş rayon icra hakimiyyəti orqanları tərəfindən təsdiq edilən yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinəti alan məcburi köçkünlərin siyahısının təqdim olunması

21.3.

Kommunal xidmətlərdən istifadə edən məcburi köçkünlərin müvafiq xidmət təşkilatları və icra hakimiyyəti orqanları tərəfindən təsdiq edilmiş siyahısının təqdim olunması

21.4.

Məcburi köçkünlər üzrə yemək xərcləri və kommunal xidmətlər barədə məlumat verilməsi

22. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi

22.1.

Malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi üzrə elektron Gömrük Bəyannaməsinin qəbulu

22.2.

Dövlət sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi üçün ilkin məlumatlandırma üzrə müraciətin və sənədlərin qəbulu

22.3.

Fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi üzrə elektron Sərnişin Bəyannaməsinin qəbulu

22.4.

Xarici-iqtisadi fəaliyyət iştirakçıları tərəfindən idxal-ixrac olunan malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi prosesinin onlayn monitorinqi

22.5.

Xarici iqtisadi fəaliyyət iştirakçılarına həyata keçirdikləri idxal-ixrac əməliyyatları barədə statistik məlumatların verilməsi

22.6.

Bəyannaməçilərin gömrük ekspertizasının aparılması üçün müraciətin qəbulu

22.7.

Malların nomenklaturası və mal və nəqliyyat vasitələrinə tətbiq olunan müvafiq gömrük ödənişləri barədə məlumatların verilməsi

22.8.

Rüsumsuz ticarət mağazasının təsis edilməsinə dair icazə verilməsi üçün müraciətin və sənədlərin qəbulu

22.9.

Gömrük brokeri və gömrük ərazisindən kənarda malların emalı fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsi üçün müraciətin və sənədlərin qəbulu

22.10.

Gömrük anbarlarının, müvəqqəti saxlanc anbarlarının, sərbəst anbarların təsis edilməsinə xüsusi razılıq (lisenziya) verilməsi üçün müraciətin və sənədlərin qəbulu

22.11.

Vətəndaşlardan Dövlət Gömrük Komitəsinə daxil olan sorğu və məktubların icrasının müraciət edənlər tərəfindən onlayn izlənilməsi

23. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi

23.1.

Kartoqrafiya fəaliyyəti üzrə xüsusi razılıq (lisenziya) verilməsi üçün müraciətin və sənədlərin qəbulu

23.2.

Torpaq kadastr məlumatları barədə arayışların verilməsi üçün müraciətin və sənədlərin qəbulu

23.3.

Torpaq kadastr məlumatlarının hazırlanması və kadastr xidmətlərinin göstərilməsi üçün müraciətin və sənədlərin qəbulu

23.4.

Geodeziya, qravimetriya, fotoqrammetriya, topoqrafiya, mühəndis-geodeziya işlərinin həyata keçirilməsi üçün müraciətin və sənədlərin qəbulu

23.5.

Müxtəliftəyinatlı xəritə və atlasların tərtibatı və nəşri üçün müraciətin və sənədlərin qəbulu

23.6.

Yerquruluşu işlərinin, torpaq və geobotaniki tədqiqatların aparılması, bonitirovka xəritələrinin hazırlanması üçün müraciətin və sənədlərin qəbulu

23.7.

Torpaq kadastr xəritələrinin və CİS üçün baza xəritələrinin tərtibi ilə əlaqədar müraciətin və sənədlərin qəbulu

23.8.

Ərazi vahidlərinin və inzibati ərazi dairələrinin xəritələrinin hazırlanması üçün müraciətin və sənədlərin qəbulu

23.9.

Bələdiyyələrin xəritələrinin hazırlanması üçün müraciətin və sənədlərin qəbulu

24. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi

24.1.

Daşınmaz Əmlakın Dövlət Reyestrindən məlumatların verilməsi üçün müraciətin və sənədlərin qəbulu

24.2.

Daşınmaz əmlak obyektləri barədə kadastr məlumatlarının hazırlanması və kadastr xidmətlərinin göstərilməsi üçün müraciətin və sənədlərin qəbulu

24.3.

Daşınmaz əmlak obyektlərinə ünvanların verilməsi və ünvan reyestri məlumat bazasından arayışların, ünvan xəritələrindən çıxarışların, digər ünvan məlumatlarının verilməsi üçün müraciətin və sənədlərin qəbulu

24.4.

Müsadirə edilmiş, sahibsiz qalmış, vərəsəlik hüququ əsasında dövlət mülkiyyətinə keçən əmlakların satışı

24.5.

Dövlət əmlakının qorunub saxlanılması və ondan istifadə edilməsi vəziyyəti haqqında xüsusi hesabat formasının təqdim olunması

24.6.

Daşınmaz əmlaka dair çıxarışların verilməsi üçün müraciətin və sənədlərin qəbulu

25. Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problem­ləri üzrə Dövlət Komitəsi

25.1.

Ölkələrarası övladlığa götürmə üçün müraciətin və sənədlərin qəbulu

25.2.

Ölkədaxili övladlığa götürmə ilə bağlı məlumatların verilməsi

26. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi

26.1.

Rəsmi statistik hesabatların təqdim edilməsi

26.2.

Statistik məlumatların buraxılış təqviminin və mətbu məlumatların yayım təqviminin təqdim edilməsi

26.3.

Statistik məlumatların (göstəricilərin) verilməsi

26.4.

Statistik nəşrlərin (kitabların) onlayn satışı

26.5.

Statistik məlumatların verilməsi qaydalarının pozulmasına görə inzibati cərimələrin internet vasitəsilə ödənilməsi

27. Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi

27.1.

Dini qurumların dövlət qeydiyyatına alınması üçün müraciətin və sənədlərin qəbulu

27.2.

Dini təyinatlı ədəbiyyatın, əşyaların və dini məzmunlu başqa məlumat materiallarının satışı üzrə ixtisaslaşdırılmış satış məntəqələrinin yaradılması ilə əlaqədar razılığın verilməsi üçün müraciətin və sənədlərin qəbulu

27.3.

Dini ibadət yerinin tikintisinin və mövcud dini ibadət yerinin yenidən qurulmasının (bərpasının, əsaslı təmirinin) məqsədəuyğunluğu barədə rəy verilməsi üçün müraciətin və sənədlərin qəbulu

27.4.

Dini təyinatlı ədəbiyyatın, əşyaların və dini məzmunlu başqa məlumat materiallarının istehsal, idxal, ixrac edilməsinə, habelə sərbəst yayılmasına razılığın verilməsi üçün müraciətin və sənədlərin qəbulu

27.5.

Dini tədris müəssisələrinin fəaliyyətinə xüsusi razılığın (lisenziyanın) verilməsi üçün rəy bildirilməsinə dair müraciətin və sənədlərin qəbulu

28. Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi

28.1.

Xaricdə yaşayan azərbaycanlıların müraciətlərinin qəbulu

29. Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi

29.1.

Sınaq və ya kalibrləmə laboratoriyasının akkreditasiyası üçün müraciətin və sənədlərin qəbulu

29.2.

Sertifikatlaşdırma və ya inspeksiya orqanının akkreditasiyası üçün müraciətin və sənədlərin qəbulu

29.3.

Xarici ölkənin milli orqanının və ya beynəlxalq təşkilatın Azərbaycan Respublikasının ərazisində sertifikatlaşdırma sahəsində fəaliyyətinin razılaşdırılması haqqında attestatın verilməsi üçün müraciətin və sənədlərin qəbulu

29.4.

Apellyasiya şurasına etirazın (ərizənin) verilməsi

29.5.

Əmtəə nişanının və ya coğrafi göstəricinin dövlət reyestrində qeydiyyatı üçün müraciətin və sənədlərin qəbulu

29.6.

İxtiranın, faydalı modelin, sənaye nümunəsinin, əmtəə nişanının və ya coğrafi göstəricinin reyestr məlumatlarından çıxarış verilməsi üçün müraciətin və sənədlərin qəbulu

29.7.

Lisenziya müqavilələrinin dövlət reyestrində qeydiyyatı üçün müraciətin və sənədlərin qəbulu

29.8.

İxtiraya, faydalı modelə və ya sənaye nümunəsinə patent verilməsi üçün müraciətin və sənədlərin qəbulu

29.9.

Əmtəə nişanına dair hüquqların verilməsi barədə müqavilələrin dövlət reyestrində qeydiyyatı üçün müraciətin və sənədlərin qəbulu

29.10.

Texniki reqlamentlər, standartlar və keyfiyyətin qiymətləndirilməsi prosedurlarına dair sorğuların onlayn təqdim edilməsi

29.11.

Standartlaşdırma sahəsində normativ sənədlərin qeydiyyatı və onlarda dəyişiklik aparılması üçün müraciətin və sənədlərin qəbulu

29.12.

Ölçmə vasitələrinin tipinin təsdiq edilməsi haqqında sertifikatın verilməsi üçün müraciətin və sənədlərin qəbulu

29.13.

Cərimələrin internet vasitəsilə ödənilməsi

30. Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu

30.1.

Sığortaedənin (hüquqi şəxs) onlayn uçota alınması

30.2.

Sığortaedənin (fiziki şəxs) onlayn uçota alınması

30.3.

Ailə kəndli təsərrüfatının onlayn uçota alınması

30.4.

Kənd təsərrüfatına yararlı torpaq sahəsi olan şəxsin onlayn uçota alınması

30.5.

Sığortaolunanın onlayn uçota alınması

30.6.

Bankda və ya digər kredit təşkilatında hesabın açılması üçün sığortaedənə şəhadətnamənin verilməsi ilə bağlı müraciətin və sənədlərin qəbulu

30.7.

Məcburi dövlət sosial sığortası üzrə hesabatların təqdim edilməsi

30.8.

Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatın təqdim edilməsi

30.9.

Əmək şəraitinə görə güzəştli əmək stajı hesablanan işçilərin siyahısının təqdim edilməsi

30.10.

Məcburi dövlət sosial sığorta haqqı üzrə borcu barədə arayışın sığortaedənə verilməsi

30.11.

Şəxsi hesab vərəqəsindən çıxarışın sığortaedənə verilməsi

30.12.

Üzləşmə aktlarının sığortaedənə verilməsi

30.13.

Növbəti səyyar yoxlamanın keçirilməsinin vaxtının dəyişdirilməsi üçün müraciətin qəbulu

30.14.

Növbədənkənar səyyar yoxlamanın keçirilməsi üçün müraciətin qəbulu

30.15.

Dövlət sosial sığorta şəhadətnaməsinin dəyişdirilməsi və ya dublikatının verilməsi üçün müraciətin qəbulu

30.16.

Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi

30.17.

Hamiləliyə və doğuma görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi

30.18.

Uşağın anadan olmasına görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi

30.19.

Uşağın üç yaş tamam olanadək ona qulluq etməyə görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi

30.20.

Sığortaolunanlara məlumatların verilməsi

30.21.

Pensiya kalkulyatoru

30.22.

Pensiya təyinatının və pensiya növünün dəyişdirilməsi üçün müraciətin və sənədlərin qəbulu

30.23.

Pensiyaçıya məlumatların verilməsi

30.24.

Məcburi dövlət sosial sığorta vəsaitlərinin onlayn ödənilməsi

30.25.

Dəfn üçün müavinətin ödənilməsi ilə bağlı müraciətin və sənədlərin qəbulu

31. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya

31.1.

Dövlət qulluğuna qəbul üzrə qeydiyyat üçün müraciətin və sənədlərin qəbulu

31.2.

Müsabiqə və müsahibə nəticələri barədə məlumatların verilməsi

31.3.

Dövlət qulluqçularının reyestrindən məlumatların verilməsi

31.4.

Dövlət orqanlarına ehtiyat kadrlar barədə müvafiq məlumatların verilməsi

31.5.

Dövlət qulluğu stajı kalkulyatoru

31.6.

Onlayn sınaq test imtahanlarının keçirilməsi

31.7.

Dövlət qulluqçularının etik davranış qaydalarına riayət etməsi barədə müraciətlərin qəbulu

32. Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK)

32.1.

Namizədlərin (abituriyentlərin, bakalavrların, namizədlərin (rezidenturaya sənəd verənlər) ərizələrinin onlayn qəbulu

32.2.

Namizədlərə imtahana buraxılış vərəqələrinin internet vasitəsilə verilməsi

32.3.

Namizədlərin elektron ixtisas seçimi ərizələrinin onlayn qəbulu

32.4.

Namizədlərə, sınaq imtahanı iştirakçılarına imtahan nəticələri haqqında məlumatların internet və ya qısa mesaj (SMS) vasitəsilə verilməsi

32.5.

Namizədlərə onların cavab kartlarının qrafik təsvirlərinin internet vasitəsilə verilməsi

32.6.

Bakalavrların bakalavr pilləsinə qəbul olmaq üçün təqdim etdikləri ərizələrin iş nömrələrinin axtarışı

32.7.

Sınaq imtahanına yazılış

32.8.

Onlayn sınaq imtahanının keçirilməsi

32.9.

İnternetdə video mühazirələr

32.10.

TQDK-nın virtual ödəmə kartlarının onlayn və qısa mesaj (SMS) vasitəsilə satışı

32.11.

TQDK nəşrlərinin və onların elektron versiyalarının onlayn satışı

32.12.

TQDK-nın yenilikləri barədə SMS məlumatlandırma

33. Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti

33.1.

Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması üçün müraciətin və sənədlərin qəbulu

33.2.

Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazənin alınması üçün müraciətin və sənədlərin qəbulu

33.3.

Azərbaycan Respublikasında daimi yaşamaq məqsədi ilə (immiqrant statusu almaq üçün) icazənin alınması üçün müraciətin və sənədlərin qəbulu

33.4.

Əcnəbinin Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyətini həyata keçirməsi məqsədi ilə fərdi icazənin alınması üçün müraciətin və sənədlərin qəbulu

33.5.

Əcnəbinin Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyətini həyata keçirməsi məqsədi ilə fərdi icazənin müddətinin uzadılması üçün müraciətin və sənədlərin qəbulu

33.6.

Azərbaycan Respublikası vətəndaşlığının əldə edilməsi üçün müraciətin və sənədlərin qəbulu

33.7.

Azərbaycan Respublikası vətəndaşlığının bərpa edilməsi üçün müraciətin və sənədlərin qəbulu

33.8.

Azərbaycan Respublikasının vətəndaşlığından çıxmaq üçün müraciətin və sənədlərin qəbulu

33.9.

Miqrasiya orqanlarında qulluğa qəbul olunmaq üçün müraciətin və sənədlərin qəbulu

33.10.

Cərimələrin internet vasitəsilə ödənilməsi

34. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti

34.1.

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə qəbul olmaq üçün müraciətin və sənədlərin qəbulu

34.2.

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Akademiyasına qəbul olmaq üçün müraciətin və sənədlərin qəbulu

35. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti

35.1.

Hərbi xidmətkeçmə haqqında arayışın verilməsi üçün müraciətin və sənədlərin qəbulu

35.2.

Arxiv arayışlarının verilməsi üçün müraciətin və sənədlərin qəbulu

35.3.

İtirilmiş hərbi biletlərin (ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqələrin) əvəzinə yenisinin verilməsi üçün müraciətin və sənədlərin qəbulu

35.4.

Çağırışçılara müddətli həqiqi hərbi xidmətlərini hansı hərbi hissədə keçmələri barədə məlumatların internet və ya qısa mesaj (SMS) vasitəsilə verilməsi

35.5.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə (işə) qəbulla əlaqədar müraciətin və sənədlərin qəbulu

36. Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyi

36.1.

Müəlliflik hüququ obyektinin qeydiyyatı üçün müraciətin və sənədlərin qəbulu

36.2.

Əlaqəli hüquqlar obyektinin qeydiyyatı üçün müraciətin və sənədlərin qəbulu

36.3.

Müəlliflik hüququ ilə qorunan məlumat toplularının qeydiyyatı üçün müraciətin və sənədlərin qəbulu

36.4.

Xüsusi qorunma hüququ ilə qorunan məlumat toplularının qeydiyyatı üçün müraciətin və sənədlərin qəbulu

36.5.

İnteqral sxem topologiyalarının dövlət qeydiyyatı üçün müraciətin və sənədlərin qəbulu

37. Azərbaycan Respublikasının Satınalmalar üzrə Dövlət Agentliyi

37.1.

Keçirilməsi nəzərdə tutulan dövlət satınalmalarına dair məlumatların verilməsi

37.2.

Keçirilmiş müsabiqələr və qalib malgöndərən (podratçı) haqqında məlumatların verilməsi

37.3.

Xarici ölkələrdə keçirilən dövlət satınalmalarına dair məlumatların verilməsi

38. Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyası

38.1.

Azərbaycan Respublikasından və ya Azərbaycan Respublikasına uçuşların yerinə yetirilməsi üçün icazələrin verilməsi ilə bağlı müraciətin və sənədlərin qəbulu

38.2.

Hava nəqliyyatı ilə sərnişin və yük daşımalarının həyata keçirilməsi üçün xüsusi razılığın (lisenziyanın) verilməsi ilə bağlı müraciətin və sənədlərin qəbulu

38.3.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin "İxrac nəzarəti haqqında" 2005-ci il 15 dekabr tarixli 230 nömrəli qərarına əsasən ixrac nəzarətinə düşən mallar (işlər, xidmətlər, əqli fəaliyyətin nəticələri) üzrə xüsusi icazələrin verilməsi üçün müraciətin və sənədlərin qəbulu

39. Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası

39.1.

Dənizçinin şəxsiyyət sənədinin və dənizçinin qeyd kitabçasının verilməsi üçün müraciətin və sənədlərin qəbulu

39.2.

Dənizçilərə sertifikatların (diplomların) verilməsi üçün müraciətin və sənədlərin qəbulu

39.3.

Sertifikatın (diplomun) Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası tərəfindən tanınması haqqında təsdiqnamənin verilməsi üçün müraciətin və sənədlərin qəbulu

39.4.

Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzmək hüququ haqqında şəhadətnamənin verilməsi üçün müraciətin və sənədlərin qəbulu

39.5.

Gəmiyə mülkiyyət hüququ haqqında şəhadətnamənin verilməsi üçün müraciətin və sənədlərin qəbulu

39.6.

Su nəqliyyatı ilə yük və sərnişin daşınmasına xüsusi razılığın (lisenziyanın) verilməsi üçün müraciətin və sənədlərin qəbulu

39.7.

Gəminin "Gəmi və liman vasitələrinin mühafizəsi haqqında Beynəlxalq Məcəllə"nin tələblərinə uyğunluğu haqqında şəhadətnamənin verilməsi üçün müraciətin və sənədlərin qəbulu

39.8.

Limanın (liman məntəqəsinin) "Gəmi və liman vasitələrinin mühafizəsi haqqında Beynəlxalq Məcəllə"nin tələblərinə uyğunluğu haqqında şəhadətnamənin verilməsi üçün müraciətin və sənədlərin qəbulu

39.9.

"Gəmi Tarixinin Fasiləsiz Qeydləri" (GTFQ) sənədinin verilməsi üçün müraciətin və sənədlərin qəbulu

39.10.

Dənizçilik şirkətinin "Əmniyyətli İdarəetmə haqqında Beynəlxalq Məcəllə"nin tələblərinə uyğunluğu haqqında şəhadətnamənin verilməsi üçün müraciətin və sənədlərin qəbulu

39.11.

Gəminin "Əmniyyətli İdarəetmə haqqında Beynəlxalq Məcəllə"nin tələblərinə uyğunluğu haqqında şəhadətnamənin verilməsi üçün müraciətin və sənədlərin qəbulu

39.12.

Neftlə çirklənmədən yaranan zərərə görə mülki məsuliyyətin maliyyə təminatı haqqında şəhadətnamənin verilməsi üçün müraciətin və sənədlərin qəbulu

39.13.

Bunker yanacağı ilə çirklənmə nəticəsində vurulan zərərə görə mülki məsuliyyətlə bağlı sığorta və ya digər maliyyə təminatı haqqında sertifikatın verilməsi üçün müraciətin və sənədlərin qəbulu

39.14.

Minimum heyət tərkibi haqqında şəhadətnamənin verilməsi üçün müraciətin və sənədlərin qəbulu

39.15.

Azərbaycan Respublikasının Dövlət Gəmi Reyestrində qeydiyyatda olan gəmiyə çıxarışın verilməsi üçün müraciətin və sənədlərin qəbulu

39.16.

Azərbaycan Respublikasının Berbout-çarter Reyestrində qeydiyyatda olan gəmiyə çıxarışın verilməsi üçün müraciətin və sənədlərin qəbulu

39.17.

Azərbaycan Respublikasının Dövlət Gəmi Reyestrində qeydiyyatda olan gəminin qeydiyyatdan çıxarılması haqqında arayışın verilməsi üçün müraciətin və sənədlərin qəbulu

39.18.

Azərbaycan Respublikasının Berbout-çarter Reyestrində qeydiyyatda olan gəminin qeydiyyatdan çıxarılması haqqında arayışın verilməsi üçün müraciətin və sənədlərin qəbulu

40. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi

40.1.

Arxiv arayışlarının, arxiv sənədlərindən çıxarışların, arxiv sənədlərinin surətlərinin verilməsi üçün müraciətin və sənədlərin qəbulu

40.2.

Elmi tədqiqat və digər məqsədlərlə arxiv sənədlərindən istifadə edilməsi üçün müraciətin və sənədlərin qəbulu

Məqalədə:
Xəbər lenti

Xəbər lenti