...

Dəmiryolçular Qurban bayramında mərhəmətə ehtiyacı olanlara baş çəkdilər

Cəmiyyət Materials 26 Oktyabr 2012 13:15 (UTC +04:00)
Nəqliyyat Nazirliyinin təşəbbüsü ilə dəmiryolçular Qurban bayramında seriya tədbirlər keçirirlər. Belə tədbirlərdən biri də Bilgəh və Mərdəkan qəsəbələrində düzənlənmişdi.
Dəmiryolçular Qurban bayramında mərhəmətə ehtiyacı olanlara baş çəkdilər

Nəqliyyat Nazirliyinin təşəbbüsü ilə dəmiryolçular Qurban bayramında seriya tədbirlər keçirirlər. Belə tədbirlərdən biri də Bilgəh və Mərdəkan qəsəbələrində düzənlənmişdi.

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Dəmir yollarının və texniki qurğularının təmir-tikinti Departamentinin kollektivi Qurban bayramında Bakı şəhəri Baş Səhiyyə İdarəsinin 2 saylı ağ ciyər vərəm sanatoriyasında, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Müalicə Pansionatı, 3 №-li internat məktəbi və Müharibə və Əmək Əlilləri üçün Pansionatında olmuş, burada məskunlaşan mərhəmətə, qayğıya ehtiyacı olanlara nahar yeməyi, çeşidli meyvələr, dadlı şirələr, bayram hədiyyələri gətirdilər.

Belə xeyirxah əməllər ulu Tanrıya sevgi və sədaqətin əyani nümunəsidir. Hər halda kasıba, imkansıza əl tutanlar, onların qayğılarına şərik olanlar dünyada müqəddəslik deyilən əbədi inanca ləyaqətlə xidmət edənlərdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti