...

Misir Mərdanov: Alternativ qayğı mərkəzlərinin yaradılması sayəsində 298 uşağın dövlət uşaq müəssisələrinə düşməsinin qarşısı alınıb

Cəmiyyət Materials 29 Oktyabr 2012 13:03 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 oktyabr /Trend, müxbir İ.İsabalayeva/

Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən alternativ qayğı mərkəzlərinin yaradılması sayəsində indiyədək 298 uşağın dövlət uşaq müəssisələrinə düşməsinin qarşısı alınıb. Trend-in məlumatına görə, bunu Azərbaycanın təhsil naziri Misir Mərdanov "Yerli hakimiyyət orqanları ilə qeyri-hökumət təşkilatları arasında himayədar (foster) qayğı və ailə əsaslı xidmətlər üzrə əməkdaşlıq mopdelinin işlənib hazırlanması" layihəsi ilə əlaqədar keçirilən tədbirdə deyib.

Onun sözlərinə görə, görülən tədbirlər nəticəsində 2006-2015-ci illəri əhatə edən "Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi və alternativ qayğı Dövlət Proqramı"na cəlb edilən 43 uşaq müəssisəsində təlim-tərbiyə alan uşaqların sayı azalıb. 2008-ci ildə bu müəssəsələrdə 14 398 uşaq olub, 2012-ci ildə onların sayı 9776 nəfərə enib. Müəssisədə gecələyən uşaqların sayı ötən müddədə 4055-dən 3750 nəfərə qədər azalıb.

Nazir deyib ki, dövlət uşaq müəssisələrindəki uşaqların müəssisələrə düşmə səbəbləri müəyyənləşdirilib. Məlum olub ki, uşaqların 47,1 faizi sosial risk qrupuna daxil olan tək anaların övladlarıdır.

"Sosial risk qrupuna daxil olan tək analar günün çox hissəsini işdə olur, uşağını məktəbə aparıb-gətirə bilmir. Ona görə də belə halların olmaması üçün uşaqların müəssisələrə düşməsinin qarşısını almaq üçün yerli səviyyədə alternativ xidmətlər təşkil edilməldir. Bu məqsədlə Bakının bəzi rayonlarında günərzi Qayğı Mərkəzləri yaradılıb", - Mərdanov əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti