...

Daha 45 nəfər əlil Naftalan müalicə və sağlamlıq mərkəzinə göndərilib

Cəmiyyət Materials 6 Noyabr 2012 12:01 (UTC +04:00)
Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu günlərdə bərpa müalicəsinə tibbi göstəriş olan daha 45 nəfər əlil həmin mərkəzə 14 günlük bərpa müalicəsinə göndərilib.
Daha 45 nəfər əlil Naftalan müalicə və sağlamlıq
mərkəzinə göndərilib

Azərbaycan, Bakı, 6 noyabr /Trend/

Sümük-əzələ sistemi, sinir-damar və dəri xəstəliklərindən müalicə olunmaq istəyən əlillərin çoxsaylı müraciətləri nəzərə alınaraq, əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərovun müvafiq əmri ilə həmin əlillərin qrup halında Naftalan müalicə və sağlamlıq mərkəzində bərpa müalicəsi təşkil edilir.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu günlərdə bərpa müalicəsinə tibbi göstəriş olan daha 45 nəfər əlil həmin mərkəzə 14 günlük bərpa müalicəsinə göndərilib.

Nazirlik yanında Dövlət Sosial Təminat Xidmətindən bildiriblər ki, bundan öncə, ötən ay 45 nəfər əlilin Naftalan müalicə və sağlamlıq mərkəzində iki həftəlik bərpa müalicəsi təşkil edilib. Mərkəzdə əlillərin həm müalicə olunmaları, həm də istirahət etmələri üçün hər cür şərait yaradılıb. Bununla yanaşı, əlillərin asudə vaxtının təşkili məqsədilə bu günlərdə daha 40 nəfər əlil İsmayıllı rayonunda yerləşən istirahət zonasına yola salınıb. Cari ilin əvvəlindən indiyədək Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda yaşayan 991 nəfər əlilliyi olan şəxsin ölkənin müxtəlif bölgələrindəki istirahət zonalarında istirahəti təşkil olunub.

Qeyd edək ki, bu tədbirlər "2012-ci ildə əlillərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı"na əsasən həyata keçirilir. Bərpa müalicəsinə və istirahətə yola salınan əlillərin əksəriyyəti Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı fiziki sağlamlığını itirmiş insanlardır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti