...

Bu gündən I Bakı Sağlamlıq Turizmi və İşbirliyi Günləri qeyd edilir

Cəmiyyət Materials 8 Noyabr 2012 10:34 (UTC +04:00)
Bu gündən Bakıda I Bakı Sağlamlıq Turizmi və İşbirliyi Günləri qeyd edilir.
Bu gündən I Bakı Sağlamlıq Turizmi və İşbirliyi Günləri qeyd edilir

Azərbaycan, Bakı, 8 noyabr /Trend, müxbir İ.İsabalayeva/

Bu gündən Bakıda I Bakı Sağlamlıq Turizmi və İşbirliyi Günləri qeyd edilir.

Trend-in məlumatına görə, bu münasibətlə keçirilən tədbirdə Səhiyyə Nazirliyinin nümayəndəsi Əlişir Musayev bildirib ki, Azərbaycanda sağlamlıq turizminin inkişafı üçün boyük imkanlar var.

Onun sözlərinə görə, Azərbaycanda hələ sovet dövründə kurortlar olub. İnsanlar burada öz sağlamlıqlarını bərpa ediblər.

Musayev deyib ki, Azərbaycanda sağlamlıq turizminin inkişaf etdirilməsi üçün ölkə başçısının xüsusi sərəncamları olub, kurortların inkişafı ilə bağlı dövlət proqramı qəbul edilib.

Türkiyənin Azərbaycandakı səfiri Alper Coşqun bildirib ki, inkişaf etmniş ölkələrdə sağlamlıq turizmi bu sahənin əsas istiqamətlərindən biri olub. Səfir hesab edir ki, həm Türkiyədə, həm də Azərbaycanda sağlamlıq turimin inkişafı üçün böyük imkanlar var. Buna görə də hər iki ölkənin sağlamlıq turizmi sahəsindəki imkanlarının birgə dəyərləndirilməsi lazımdır.

Türkiyənin Azərbaycandakı səfirinin mədəniyyət və tanıtım müşafiri Seyit Əhmad Arslan Türkiyənin sağlamlıq turizmi barədə məlumat verib.

Qeyd edək ki, I Bakı Sağlamlıq Turizmi və İşbirliyi Günləri noyabrın 10-da yekunlaşacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti