...

Azərbaycanda səslə idarə olunan mini-kompüterlərin istehsalına başlanılıb

Cəmiyyət Materials 13 Noyabr 2012 14:40 (UTC +04:00)
"KÜR" kompüter avadanlıqları istehsalı zavodu səslə idarə olunan mini-kompüterlərin istehsalına başlayıb.
Azərbaycanda səslə idarə olunan mini-kompüterlərin istehsalına başlanılıb

Azərbaycan, Bakı, 13 noyabr /Trend, müxbir H.Vəliyev /

"KÜR" kompüter avadanlıqları istehsalı zavodu səslə idarə olunan mini-kompüterlərin istehsalına başlayıb. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı jurnalistlərə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Aparatının rəhbəri Vidadi Zeynalov bildirib.

"Mini-kompüter zəif görən insanlar üçün nəzərdə tutulub və səs komandalarının köməyi ilə xəbərlər resurslarına giriş əldə etməyi bacarır, axtarış aparmağa və spikeri tərəfindən sorğu edilən ədəbiyyatın kitabxananın elektron bazasında mövcudluğundan xəbərdar olmağa imkan verir", - Zeynalov deyib.

Bu gün Beynəlxalq Gözdən Əlillər Günü münasibəti ilə Azərbaycanın Gözdən Əlillər Cəmiyyətinə 100 mini-kompüter verilib. Qurğulara əlavə olaraq bir il ərzində internet şəbəkəsinə pulsuz giriş və qlobal şəbəkəyə giriş üçün SIM-kartlar verilir.

"İlin sonuna kimi Cəmiyyətə bu qurğuların daha 100 ədədi veriləcək", - Zeynalov deyib.

Mini-kompüterin ilk təcrübə versiyası keçən ilin əvvəlində Azərbaycan İT şirkəti "Neyrotex" tərəfindən təqdim edilib. Layihənin sifarişçiləri qismində Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Heydər Əliyev Fondu çıxış edir. Qurğunun dizaynı və proqram tərkibi Dilmanc və "Neyrotex" şirkətləri tərəfindən hazırlanıb. Qurğunun proqramı Azərbaycan dilində hazırlanıb.

Mini-kompüter həm gözdən əlil və zəif görən insanlar, həm də faydalı ola biləcəyi başqa şəxslərə lazım ola bilər. Qurğu, həmçinin elektron poçtu idarə etməyə, poçt qutusunda elektron məktubların mövcudluğundan xəbərdar etməyə, məktublara cavab verməyə, telefonla zəng etməyə və s. imkan verir.

"Dilmanc" sonradan nitqin tanınması sisteminin brauzerinə birləşdirilməsinin köməyi ilə tamamilə və ya qismən görməyən istifadəçinin səsli idarəetmə vasitəsi ilə xəbərlər və əyləncəli kontentlə tanış olmağa imkan verən xüsusi brauzer hazırlayıb. Brauzer xəbər bölmələrindən, elektron kitabxanadan, radio və başqalarından ibarət e-eye.az portalı ilə işləyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti