...

Səhiyyə Nazirliyi süni mayalanma və abortlarla bağlı öz təkliflərini verib

Cəmiyyət Materials 29 Noyabr 2012 13:19 (UTC +04:00)
Səhiyyə Nazirliyi süni mayalanma və abortlarla bağlı öz təkliflərini verib.
Səhiyyə Nazirliyi süni mayalanma və abortlarla bağlı öz təkliflərini verib

Azərbaycan, Bakı, 29 noyabr /Trend, müxbir M.Əliyev/

Səhiyyə Nazirliyi süni mayalanma və abortlarla bağlı öz təkliflərini verib.

Trend-in məlumatına görə, Milli Məclisin Sosial siyasət komitəsinin cümə axşamı keçirilən iclasında Səhiyyə Nazirliyinin şöbə müdiri Gülmirzə Poladov bildirib ki, süni mayalanmanı təbliğ etmək təhlükəli hallara gətirib çıxara bilər.

"Süni mayalanmaya gedən qadınlar 30 yaşından yuxarı və 10 ildən artıq sonsuz olan şəxslər ola bilər", - Poladov deyib.

O qeyd edib ki, bu gün Azərbaycanda 500-ə yaxın özəl tibb müəssisəsi fəaliyyət göstərir.

"Səhiyyə Nazirliyi təklif edir ki, qanun qəbul olunandan sonra ilk 5 il müddətində süni mayalandırmanı yalnız dövlət tibb müəssisələri həyata keçirsin", - Poladov bildirib.

Şöbə müdiri qeyd edib ki, hamiləliyin süni yolla pozulması yalnız 12 həftədən sonra həkim komissiyasının rəyi ilə həyata keçirilə bilər və bu da "Reproduktiv sağlamlığın qorunması haqqında" yeni qanun layihəsində öz əksini tapıb. Yetkinlik yaşına çatmayanlarda hamiləliyin süni yolla pozulması şəxsin və valideynlərinin arzusu ilə həyata keçirilə bilər.

Poladov hesab edir ki, qanun layihəsində hamiləliyin süni yolla pozulması ilə bağlı müddəalar qanunsuz abortların qarşısının alınmasına xidmət edəcək və bu problemlə mübarizənin qanunvericilik bazasını yaradır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti