...

Səhiyyə Nazirliyi: Azərbaycanda doğuş zamanı ana ölümü iki dəfədən çox azalıb

Cəmiyyət Materials 29 Noyabr 2012 18:09 (UTC +04:00)
Azərbaycanda son 4 ildə doğuş zamanı ana ölümü iki dəfədən çox azalıb. Bu barədə Trend-ə Səhiyyə Nazirliyinin şöbə müdiri Gülmirzə Poladov bildirib.
Səhiyyə Nazirliyi: Azərbaycanda doğuş zamanı ana ölümü iki dəfədən çox azalıb

Azərbaycan, Bakı, 29 noyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycanda son 4 ildə doğuş zamanı ana ölümü iki dəfədən çox azalıb. Bu barədə Trend-ə Səhiyyə Nazirliyinin şöbə müdiri Gülmirzə Poladov bildirib.

Onun sözlərinə görə, əgər 2007-ci ildə hər 100 min doğuş zamanı ana ölümü 34,5 nəfər idisə, 2011-ci ildə bu göstərici cəmi 15,3 nəfər təşkil edib.

Şöbə müdirinin sözlərinə görə, son illərdə doğuş zamanı uşaq ölümünün faizi də xeyli aşağı düşüb: "2005-ci ildə doğuş zamanı uşaq tələfatı 15,5 promilli idisə (100 min nəfər üçün), 2011-ci ildə 10,8 promilli olub".

Poladov bunun səbəbini son illər ölkədə səhiyyə sahəsində əldə olunan nailiyyətlərə əlaqələndirib.

Eyni zamanda, Poladov süni mayalandırma zamanı doğulan uşaqların sağlamlığı ilə bağlı məsələyə də aydınlıq gətirib. Onun sözlərinə görə, bu əməliyyatlar zamanı sağlam xromosomlardan istifadə olunduğundan çox nadir halda əkiz doğulan uşaqların sağlamlığı ilə bağlı narahatlıq olur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti