...

Yeni il ərəfəsində Bakıda küçə ticarəti ilə bağlı reydlər intensivləşdiriləcək

Cəmiyyət Materials 3 Dekabr 2012 16:06 (UTC +04:00)
Yeni il bayramı ərəfəsində Bakıda küçə ticarəti ilə bağlı reydlər intensivləşdiriləcək.
Yeni il ərəfəsində Bakıda küçə ticarəti ilə bağlı reydlər intensivləşdiriləcək

Azərbaycan, Bakı, 3 dekabr /Trend, müxbir İ.İsabalayeva/

Yeni il bayramı ərəfəsində Bakıda küçə ticarəti ilə bağlı reydlər intensivləşdiriləcək. Bunu bazar ertəsi Trend-ə Bakı şəhər İcra Hakimiyyəti Ticarət və Xidmət Departamentinin mətbuat xidmətinin rəhbəri Əlabbas Bağırov deyib.

Onun sözlərinə görə, kənd təsərrüfatı məhsullarını satmaq üçün rayonlardan Bakıya gələn şəxslər öz mallarını yalnız bazarlarda sata bilərlər. Buna riayət etməyənlər cərimələnəcəklər.

Bağırov deyib ki, İnzibati Xətalar Məcəlləsinə edilmiş yeni dəyişikliklərə əsasən, küçə ticarəti ilə məşğul olanlar əvvəl 60 manat məbləğində çərimə edilirdilərsə, bu məbləğ artıq 80 manata yüksəldilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti