...

Azərbaycanda daha bir bələdiyyədə korrupsiya ilə bağlı cinayət işi başlanıb

Cəmiyyət Materials 8 Dekabr 2012 12:49 (UTC +04:00)
Baş Prokurorluğun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Kürdəmir rayonu, Xəlsə bələdiyyəsinin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinə daxil olmuş materiallar araşdırılıb.
Azərbaycanda daha bir bələdiyyədə korrupsiya ilə bağlı cinayət işi başlanıb

Azərbaycan, Bakı, 8 dekabr /Trend, müxbir K.Zərbalıyeva/

Daha bir bələdiyyənin vəzifəli şəxsləri korrupsiya cinayətlərində günahlandırılır.

Baş Prokurorluğun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Kürdəmir rayonu, Xəlsə bələdiyyəsinin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinə daxil olmuş materiallar araşdırılıb.

Müəyyən edilib ki, bələdiyyənin vəzifəli şəxsləri tərəfindən 2007-2009-cu illərdə 23,5 ha torpaq sahəsi bələdiyyə iclasının qərarı olmadan qanunsuz olaraq icarəyə verilib.

Bundan başqa, bələdiyyə xəzinəsindən 4766 manat məbləğində pul vəsaiti müvafiq sənədləşmə aparılmadan silinib.

Həmçinin, qeyd edilən dövr ərzində "Anar" firmasından yanacaq-sürtkü materiallarının alınması barədə saxta sənədlər tərtib edilməklə bələdiyyə büdcəsindən 1009 manat məbləğində vəsait qanunsuz olaraq məxaric edilib.

Fakta görə Cinayət Məcəlləsinin 309.1 (vəzifə səlahiyyətlərini aşma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti