...

Azərbaycanda süni mayalandırma strategiyasına yenidən baxılır

Cəmiyyət Materials 11 Dekabr 2012 10:41 (UTC +04:00)
Azərbaycanda özəl klinikalarda süni mayalandırma əməliyyatlarının həyata keçirilməsi dayandırılacaq.
Azərbaycanda süni mayalandırma strategiyasına yenidən baxılır

Azərbaycan, Bakı, 11 dekabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda özəl klinikalarda süni mayalandırma əməliyyatlarının həyata keçirilməsi dayandırılacaq.

Səhiyyə Nazirliyinin Tibbi yardımın təşkili şöbəsinin müdiri Gülmirzə Poladov çərşənbə axşamı Trend-ə bildirib ki, yaxın illər ərzində süni mayalanma yalnız dövlət müəssisələrində dövlətin nəzarəti altında həyata keçiriləcək. Hazırda isə bu iş dövlət müəssisələrindən Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun nəzdində yaradılan, bu sahə üzrə təcrübəsi olan, təsərrüfat hesablı Süni Mayalanma Mərkəzində həyata keçirilir.

Poladov deyib ki, təkcə süni mayalanmanın aparılması ilə iş bitmir. Əsas məsələlərdən biri süni mayalanmanın aparıldığı qadının 9 aylıq hamiləlik dövrünün uğurla başa çatdırılmasıdır.

"Süni mayalanma olduqda hamiləyin yarımçıq dayanma ehtimalı olur. Yarımçıq doğulmuş uşaqlar isə anadangəlmə qüsurlara meyilli olurlar. Digər tərəfdən, süni mayalandırmanın aparıldığı qadınlar sağlam deyillər. Təsəvvür edin ki, dəfələrlə hamiləliyi pozulmuş, xəstə qadın 35-38 yaşında ilk dəfə əkiz uşaqlar doğacaq. Görün, onun həyatı nə qədər təhlükədədir?" - Poladov deyib.

O qeyd edib ki, özəl klinikalar süni mayalandırma nəticəsində yarımçıq doğulan az çəkili uşaqlara da qulluq edə bilmirlər. Onlar belə uşaqları dərhal Elmi Tədqiqat Pediatriya İnstitutuna göndərirlər. Belə uşaqlara isə uzun müddət qulluğun göstərilməsi tələb olunur.

"Ona görə də biz bu işi dövlət müəssisələrində etməklə dövlətin nəzarətində saxlamalıyıq", - Poladov bildirib.

O əlavə edib ki, bu əməliyyatlar yalnız göstəriş olan insanlar üçün ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti