...

Təhsil Nazirliyi dərsliklər hazırlayarkən TQDK-nın monitorinqinin nəticələrindən istifadə edəcək

Cəmiyyət Materials 18 Dekabr 2012 11:22 (UTC +04:00)
Təhsil Nazirliyi gələn il dərsliklər hazırlayarkən Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının dərsliklərin monitorinqinin nəticələrindən istifadə edəcək.
Təhsil Nazirliyi dərsliklər hazırlayarkən TQDK-nın monitorinqinin nəticələrindən istifadə edəcək

Azərbaycan, Bakı, 18 dekabr /Trend, müxbir İ.İsabalayeva/

Təhsil Nazirliyi gələn il dərsliklər hazırlayarkən Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının dərsliklərin monitorinqinin nəticələrindən istifadə edəcək. Trend-in məlumatına görə, bunu Azərbaycanın təhsil naziri Misir Mərdanov çərşənbə axşamı jurnalistlərə deyib.

Onun sözlərinə görə, TQDK-nın dərsliklərin monitorinqini yekunlaşdırdıqdan sonra onun nəticələrini nazirliyə təqdim edəcəyi gözlənilir.

Nazir deyib ki, Azərbaycanın təhsil müəssisələrində hərbi hazırlıqla bağlı təlimlərin keçirilməsinə ehtiyac var.

"Azərbaycanın işğal olunmuş əraziləri gec-tez qaytarılmalıdır. Torpaqları da başqası deyil, özümüz geri qaytarmalıyıq. Bu baxımdan bütün müəssisələrdə, o cümlədən təhsil müəssisələrində hərbi hazırlıqla bağlı təlimlərin keçirilməsinə ehtiyac var. Biz orta məktəblərdə gənclərin hərbi hazırlığının yaxşılaşdırılması üçün əlimizdən gələni etməliyik. Biz tədbirlər plan hazırlamışıq və bu barədə ictimaiyyətə məlumat verəcəyik", - Mərdanov deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti