Azərbaycan, Bakı, 25 dekabr /Trend, müxbir İ.İsabalayeva/
Azərbaycanda böyrək çatışmazlığından əziyyət çəkən xəstələrin bir aylıq hemodializ seansları dövlətə təqribən 13 min manata başa gəlir. Bunu Trend-ə Səhiyyə Nazirliyinin Tibbi yardımın təşkili şöbəsinin müdiri Gülmirzə Poladov deyib.
Onun sözlərinə görə, hazırda ölkədə 2000 nəfərə yaxın böyrək çatışmazlığından əziyyət çəkən insan dövlət büdcəsindən ayrılmış maliyyə vəsaiti hesabına hemodializ olunur.
Poladov deyib ki, xroniki böyrək çatışmazlığı olan xəstələr üçün respublikanın 24 bölgəsində Hemodializ mərkəzləri fəaliyyət göstərir. Bu mərkəzlər ölkənin bütün bölgələrini əhatə edir. Hazırda Ağcabədi və Yevlaxda da yeni Hemodializ mərkəzləri tikilir.