...

Məhkəmə sabiq baş həkimin cəzasını yüngülləşdirmədi

Cəmiyyət Materials 25 Dekabr 2012 11:53 (UTC +04:00)
Bakı Apelyasiya Məhkəməsindən Trend-ə verilən məlumata görə, məhkəmə Bakı Ağır Cinayətlər Məhkəməsinin Səhiyyə Nazirliyinin Bakı Baş Səhiyyə İdarəsinin 14 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi Oktay Salamovun barəsindəki hökmünü qüvvədə saxlayıb.
Məhkəmə sabiq baş həkimin cəzasını yüngülləşdirmədi

Azərbaycan, Bakı, 25 dekabr /Trend, müxbir K.Zərbalıyeva/

Bakı Apelyasiya Məhkəməsi sabiq baş həkimin cəzasını yüngülləşdirmədi.

Bakı Apelyasiya Məhkəməsindən Trend-ə verilən məlumata görə, məhkəmə Bakı Ağır Cinayətlər Məhkəməsinin Səhiyyə Nazirliyinin Bakı Baş Səhiyyə İdarəsinin 14 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi Oktay Salamovun barəsindəki hökmünü qüvvədə saxlayıb.

Xatırladaq ki, rüşvət almaqda ittiham olunan baş həkimə 4 il həbs cəzası verilmişdi.

Bu il mayın 3-də keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində 14 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi Salamov Oktay İsgəndər oğlu Tibbi Sosial Ekspert Komissiyasına 88 nömrəli göndərişin verilməsi üçün xəstəxananın Buzovna qəsəbəsində yerləşən inzibati binasındakı xidməti otağında Bakı şəhər sakinindən 3 min manat məbləğində pulu rüşvət kimi alarkən cinayət başında yaxalanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti