...

Azərbaycanda dövlət dərmanları kimlərə pulsuz verir?

Cəmiyyət Materials 27 Dekabr 2012 16:03 (UTC +04:00)
Azərbaycanda müəyyən xəstəliklər - şəkərli diabet, xroniki böyrək çatışmazlığı, hemofiliya və talassemiya irsi qan xəstəlikləri və s. üzrə dövlət proqramları qəbul olunub və bu proqramlar üçün ayrılmış maliyyə vəsiatləri hesabına həmin xəstələr pulsuz dərmanla təmin edilirlər.
Azərbaycanda dövlət dərmanları kimlərə pulsuz verir?

Azərbaycan, Bakı, 27 dekabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda müəyyən xəstəliklər - şəkərli diabet, xroniki böyrək çatışmazlığı, hemofiliya və talassemiya irsi qan xəstəlikləri və s. üzrə dövlət proqramları qəbul olunub və bu proqramlar üçün ayrılmış maliyyə vəsiatləri hesabına həmin xəstələr pulsuz dərmanla təmin edilirlər. Bunu Trend-ə Səhiyyə Nazirliyinin Tibbi yardımın təşkili şöbəsinin müdiri Gülmirzə Poladov deyib.

"Bu gün dövlətin verdiyi dərmanların siyahısı hər bir stasionar müəsissənin divarında asılıb. Bu gün dövlət ancaq bunu edə bilər. Bəzən insanlar şikayət edərək bildirirlər ki, xəstəxananın baş həkimi mənə filan dərmanları vermir. Ancaq biz yalnız hər bir stasionar müəssisə üçün nəzərdə tutulan dərmanları, eyni zamanda, xüsusi imtiyazlı qruplara dərmanları pulsuz veririk. Həmin siyahıda olmayan dərmanları xəstələrə ödənişsiz verməyə ixtiyarımız yoxdur", - Poladov qeyd edib.

Şöbə müdiri bildirib ki, bu gün Azərbaycana gələn miqrantlar bütün infeksiyalar üzrə analiz verməsələr, ölkə ərazisində əmək fəaliyyəti ilə məşğul olmaq hüququ əldə edə bilmirlər. Onun sözlərinə görə, hepatit C infeksiyasının yayılmasının qarşısını almaq üçün qadın salonlarına, tibb müəsissələrinə ciddi nəzarət edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti