...

Azərbaycan Təhsil Nazirliyi məktəbdənkənar müəssisələrlə bağlı Dövlət Proqramı hazırlamaq istəyir

Cəmiyyət Materials 28 Dekabr 2012 14:23 (UTC +04:00)
Azərbaycan Təhsil Nazirliyi məktəbdənkənar müəssisələrlə bağlı Dövlət Proqramı layihəsinin hazırlanması ilə əlaqədar hökumətə müraciət edib.
Azərbaycan Təhsil Nazirliyi məktəbdənkənar müəssisələrlə bağlı Dövlət Proqramı hazırlamaq istəyir

Azərbaycan, Bakı, 28 dekabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Təhsil Nazirliyi məktəbdənkənar müəssisələrlə bağlı Dövlət Proqramı layihəsinin hazırlanması ilə əlaqədar hökumətə müraciət edib.

Nazirliyin Tərbiyə və məktəbdənkənar müəssisələr şöbəsinin müdiri Ağababa İbrahimov Trend-ə bildirib ki, hökumət razılıq verərsə, məktəbdənkənar müəssisələrlə bağlı Dövlət Proqramı hazırlanacaq.

Onun sözlərinə görə, Azərbaycanda yeni yaradıcılıq mərkəzləri açılır. Bunların, eyni zamanda indiyədək mövcud olanların inkişaf etdirilməsi üçün Dövlət Proqramının olması yaxşı olar.

İbrahimov, həmçinin icra başçılarının diqqətinin məktəbdənkənar müəssisələrin işinə yönəldilməsi təklif etdiklərini deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti