...

UAGB-nin Vinniça vilayət təşkilatının təşəbbüsü ilə Dünya Azərbaycanlılarının həmrəylik gününə həsr olunmuş bayram konserti keçirilib (FOTO)

Cəmiyyət Materials 29 Dekabr 2012 16:27 (UTC +04:00)
Ukrayna Azərbaycanlı Gənclər Birliyinin Vinniça vilayət təşkilatının təşəbbüsü və təşkilatçılığı ilə Vinnitsa şəhərindəki Fəridə Plaza istirahət və əyləncə mərkəzində Dünya Azərbaycanlılarının həmrəylik gününə həsr olunmuş bayram konserti keçirilib.
UAGB-nin Vinniça vilayət təşkilatının təşəbbüsü ilə Dünya Azərbaycanlılarının həmrəylik gününə həsr olunmuş bayram konserti keçirilib (FOTO)

Azərbaycan, Bakı, 29 dekabr /Trend/

Ukrayna Azərbaycanlı Gənclər Birliyinin Vinniça vilayət təşkilatının təşəbbüsü və təşkilatçılığı ilə Vinnitsa şəhərindəki Fəridə Plaza istirahət və əyləncə mərkəzində Dünya Azərbaycanlılarının həmrəylik gününə həsr olunmuş bayram konserti keçirilib.

Birlikdən Trend-ə daxil olan məlumata görə, Vinniça vilayət dövlət admnistrasiyası rəsmilərinin, meriya və yerli deputatlar şurası təmsilçilərinin , diaspora və KİV nümayəndələrinin qatıldığı bayram şənliyində Ukrayna Azrbaycanlı Gənclər Birliyinin Vinnitça vilayət təşkilatının sədri Süleyman Süleymanlı çıxış edərək 21 il bundan öncə təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş dünya Azərbaycanlılarının həmrəylik gününün tarixi əhəmiyyətindən danişıb. Belə bir milli məvkurə bayramına qatılanları qarşıdan gələn yeni il münasibəti ilə təbrik edib . Azərbaycan və Ukraynanın dövlət himnlərinin sədaları altında başlanan tədbirdə Azərbaycanın Ukraynadakı səfirliyinin konsul məsələləri üzrə 3-cü katibi Abbas Mustafayev çıxış edərək, Azərbaycanla Ukrayna arasında dostluq münasibətlərinin möhkəmləndirilməsində, o cümlədən Azərbaycan həqiqətlərinin Ukrayna ictimaiyyətinə çatdırılmasında gənclərin üzərinə düşən öhdəliklərdən danışıb.Ukraynada Azərbaycanın milli mənəvi dəyərlərini layiqincə təmsil edən UAGB-yə gələcək işlərində uğurlar arzulayıb.

Qarşıdan gələn yeni il və dünya Azərbaycanlılarının həmrəylik günü münasibəti ilə xalqımıza xoş və səmimi arzularını çatdıran Vinnitsa Vilayət Surasının beynəlxalq əlaqələr departamentinin rəhbəri Vladimir Merejko , Vinniça Tibb universitetinin prorektoru Sergey Zaika , Vinniça Genler Teşkilatları ittifaqının sədri Olqa Bezpalko, idarəetmə institutunun direktoru Nikolay Nebava 1 il bundan öncə Vinnitça vilayətində yaranmış Ukrayna Azərbaycanlı Gənclər Birliyinin regional təşkilatının, Azərbaycanın zəngin mədəniyyətini, qədim tarixinin və adət ənənələrini özündə əks etdirən çoxsaylı tədbirlər həyata keçirmələrindən məmnunluqla söz açdılar.

Toplantıda Ukrayna Azərbaycanlı Gənclər Birliyinin sədri Anar Tahirov ,SOCAR-ın Ukraynadakı nümayəndəliyinin əməkdaşı Orxan Əliyev və digər şəxslər çıxış edərək Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin inkişaf edərək dünyanın aparıcı dövlətləri arasında öz layiqli yerini tutmasının fərəhləndirici hal olduğunu diqqətə çatdırdılar. Dünyanın müxtəlif ölkələrində yaşayan və təhsil alan azərbaycanlı gənclərə dövlət səviyyəsində göstərilən diqqət və qayğısından söz açaraq, Vinniça vilayətində tarixi vətənimiz naminə səmərəli tədbirlər həyata keçirən azərbaycanlı gənclərə gələcək işlərində uğurlar arzuladılar . Təbdirdə UAGB-in Vinnitça Vilayət təşkilatının özfəaliyyət ansanblının ifasında geniş konsert və maraqlı ədbi bədii kompozisya nümayiş etdirildi .

Məqalədə:
Xəbər lenti

Xəbər lenti