...

Azərbaycanda şagirdlər üçün internet klublarını nə ilə əvəz etmək olar?

Cəmiyyət Materials 7 Yanvar 2013 11:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 yanvar /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda bəzi orta məktəb şagirdlərinin dərslərdən sonra vaxtlarının internet klublarda keçirməsinin qarşısını almaq üçün texniki yaradıçılıq mərkəzlərində informasiya texnologiyaları ilə bağlı dərnəklər açmaq olar. Bunu Trend-ə Təhsil Nazirliyin tərbiyə və məktəbdənkənar müəssisələr şöbəsinin müdiri Ağababa İbrahimov deyib.

Onun fikrincə, bu dərnəklərdə məktəblilərə kompüterlərin daxili quruluşundan tutmuş proqram təminatına qədər bütün məsələlər öyrədilə bilər.

"Uşaqlar burada internetə də daxil ola bilərlər. Belə dərnəklər açılarsa, artıq uşaqlar buraya böyük axın edərlər",-İbrahimov deyib.

O qeyd edib ki, internet klubu işlədən şəxs üçün oraya kimin gələcəyi maraqlı deyil.

Şöbə müdiri hesab edir ki, ancaq belə dərnəklər açılsa, burada uşaqlar müəllimin nəzarəti altında işləyərlər. Bu da həmin dərnəklərin fəaliyyətinin üstün çəhəti olar. Eyni zamanda, belə dərnəklərdə bir deyil, bir necə məktəbin şagirdi birləşə bilər.

Bu təklifi müsbət qarşılayan Bakı şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə Əlaqələr Sektorunun müdiri Zəminə Əliqızı isə bazar ertəsi Trend-ə deyib ki, internet-kafe və klublarda vaxtlarını keçirənlər əsasən, keçid dövrünü yaşayan yeniyetmələrdir. İdarə rəsmisinin sözlərinə görə, günlərinin çoxunu internet klublarda keçirənlər əsasən, validyen nəzarətindən kənarda qalan uşaqlar olur.

Əliqızı deyib ki, bu gün internet klublarda filter şəbəkəsi olmadığı üçün uşaqlar istənilən sayta daxil ola bilirlər. O, buna görə də internet klubların fəaliyyəti ilə bağlı müəyyən məhdudiyyətlərin qoyulmasını, 18 yaşına kimi uşaqların internet klublarda müəyyən saytlara daxil olmasına, şagirdlərin dərs zamanı intetnet klublara gəlməsinə icazə verilməməsini təklif edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti