...

Azərbaycanın turizm potensialı İspaniyada nümayiş olunacaq

Cəmiyyət Materials 15 Yanvar 2013 17:49 (UTC +04:00)
Azərbaycanın turizm potensialı İspaniyanın Madrid şəhərində keçiriləcək "FİTUR 2013" beynəlxalq turizm sərgisində nümayiş olunacaq.
Azərbaycanın turizm potensialı İspaniyada nümayiş olunacaq

Azərbaycan, Bakı, 15 yanvar /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanın turizm potensialı İspaniyanın Madrid şəhərində keçiriləcək "FİTUR 2013" beynəlxalq turizm sərgisində nümayiş olunacaq.

Trend Mədəniyyət və Turizm Nazirliyinin saytına istinadən xəbər verir ki, 30 yanvar - 3 fevral tarixlərində keçiriləcək sərgidə Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərliyi altında nümayəndə heyətinin iştirakı nəzərdə tutulub.

Sərgidə 4 yerli turizm şirkəti də təmsil olunacaq.

Adıçəkilən sərgidə respublikamızın turizm imkanlarını əks etdirən 51 kvadratmetr sahədə lövhə quraşdırılacaq. Lövhədə "Şahdağ" Qış-Yay Turizm Kompleksi və "Bakı" futbol klubu üçün yer ayrılacaq.

"Bakı" futbol klubunun dəstəyi ilə sərgi günlərindən birində Madrid şəhərini təmsil edən "Atletiko Madrid" futbol klubunun məşhur futbolçularından bir neçəsinin stendimizdə sərgi ziyarətçiləri üçün özündə "Land of Fire" yazısını əks etdirən futbol formalarının üzərinə imza atmalarının təşkil edilməsi nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti