...

Qafqaz Müsəlmanları İdarəsi 20 Yanvar faciəsinin 23-cü ildönümü ilə əlaqədar bəyanat verib

Cəmiyyət Materials 18 Yanvar 2013 12:11 (UTC +04:00)
Qafqaz Müsəlmanları İdarəsi 20 Yanvar faciəsinin 23-cü ildönümü ilə əlaqədar bəyanat verib. Trend-in məlumatına görə, bu barədə cümə günü İdarədən bildirilib.
Qafqaz Müsəlmanları İdarəsi 20 Yanvar faciəsinin 23-cü ildönümü ilə əlaqədar bəyanat verib

Azərbaycan, Bakı, 18 yanvar / Trend müxbir M.Əliyev/

Qafqaz Müsəlmanları İdarəsi 20 Yanvar faciəsinin 23-cü ildönümü ilə əlaqədar bəyanat verib. Trend-in məlumatına görə, bu barədə cümə günü İdarədən bildirilib.

"Bütün faciəsi ilə yanaşı 20 Yanvar günü xalqımızın milli müstəqillik, azadlıq uğrunda şəhidliyə hazırlıq ruhunun və yenilməz iradəsinin rəmzinə çevrilmişdir. Təpədən dırnağadək silahlanmış sovet ordusunun cəza tədbirlərinə məruz qalan xalq diz çökmədi, azadlıq əzmini itirmədi, əksinə, haqq səsini daha da yüksəkdən bəyan etdi. Azərbaycanın taleyi, hətta xəritədəki varlığı şübhə altında olduğu bir vaxt bu səsi ilk olaraq Moskvadan xalqımızın mərd oğlu, müdrik dövlət xadimi Heydər Əliyev ucaltdı, qanlı cinayətin təşkilatçılarını qəzəblə ittiham etdi, onu hüquqa, demokratiyaya, humanizmə zidd hadisə kimi səciyyələndirdi", - bəyanatda deyilir.

QMİ-nin bəyanatında vurğulanır ki, bu ümummilli hüzn və eyni zamanda, fəxarətli tarixin ildönümü gününü yüksək səviyyədə qeyd etmək, şəhidlərimizin əziz ruhlarını anmaq bütün vətəndaşlarımızın, o cümlədən dindarların Allah, Vətən qarşısında müqəddəs borcudur.

"Qafqaz Müsəlmanları İdarəsi bütün din xadimlərinə tövsiyə edir ki, 20 Yanvar günü məscidlərdə şəhidlərin şəninə xütbələr deyilsin, onların əziz ruhlarına Quran oxunmalı, dualar edilsin. Həmin gün oxunacaq moizələrdə müqəddəs dinimizdə şəhidlik məqamının yüksək tutulması haqqında fikirlər əsas yer tutmalıdır. Təlqin edilməlidir ki, şəhidlik imanın, vətənpərvərliyin, əqidə uğrunda mübarizənin ən yüksək zirvəsidir. Gənclərə Vətən, Haqq, Ədalət uğrunda, Qarabağ uğrunda haqq mübarizəmizdə qəhrəmanlıq ruhu təbliğ edilməlidir", - bəyanatda deyilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti