...

Azərbaycanda ilk dəfə aparılan süni ürək köçürülməsi əməliyyatı zamanı xəstəyə süni ürək cihazı implantasiya edilib

Cəmiyyət Materials 21 Yanvar 2013 12:17 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 yanvar /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda ilk dəfə aparılan süni ürək köçürülməsi əməliyyatı zamanı xəstəyə ABŞ istehsalı olan "HeartMate 2" süni ürək cihazı implantasiya edilib. Trend-in məlumatına görə, bu barədə Klinik Xəstəxananın baş həkimi, Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri, tibb elmləri namizədi Kamran Musayev və onun işçi heyətinin iştirakı ilə keçirilən mətbuat konfransında məlumat verilib.

Musayev deyib ki, bu əməliyyat Mərkəzi Klinik Xəstəxanada 44 yaşlı xəstənin üzərində aparılıb. Yataq xəstəsi olan və güclü dərmanlardan istifadə edən xəstənin bütün digər orqanlarında da ciddi pozulmalar var idi. "Dilatasiob kardiomiopatiya" adlı xəstəlikdən uzun müddət əziyyət çəkən İ.M ixtisaslaşmış kardioloqlar tərəfindən hərtərəfli müayinədən keçirilib və xəstəyə uzunmüddətli süni ürək cihazı taxılması məsləhət görülüb. Xəstənin bu implantasiyadan uzunmüddətli istifadəsi nəzərdə tutulub. Hazırda xəstənin süni ürək cihazı funksiyasını normal yerinə yetirir. Xəstənin yaxın zamanlarda evə yazılması nəzərdə tutulub.

Musayev deyib ki, son illər dünyada ürək problemlərinin qarşısını almaq məqsədilə süni ürək cihazının taxılması əməliyyatları həyata keçirilir.

Həkimin sözlərinə görə, "süni ürək köçürülməsi" əməliyyatının aparılması üçün yüksəkixtisaslı kadrlar və cihazlar tələb olunur. Buna görə də belə əməliyyatları bütün mərkəzlərdə tətbiq etmək olmur.

"Bu gün artıq respublikamızda "süni ürək cihazının köçürülməsi" reallığa çevrilib. Bu əməliyyatların ölkəmizdə kadrlar tərəfindən aparılması ölkə səhiyyəsinin və kardiologiyasının yüksək səviyyəsinin göstəricisidir", - o, deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti