...

YAP Gənclər Birliyi növbəti "Qış məktəbi"nə start verdi (FOTO)

Cəmiyyət Materials 11 Fevral 2013 12:24 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 fevral /Trend/

Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin aktiv gənclərindən ibarət növbəti heyət "Qış məktəbi" üçün Oğuz rayonuna yola düşüb.

Birlikdən Trend-ə verilən məlumata görə, layihə çərçivəsində YAP rəhbərliyinin, Milli Məclis deputatlarının gənclərin qonağı olacağı da gözlənilir. Layihədə Bakı şəhəri ilə yanaşı, bölgələri də təmsil edən 100-ə yaxın gənc iştirak edir.

"Qış məktəbi"ndə gənclərimiz üçün intellektual yarışlar, sosial şəbəkələrdə iştirak, seçki prosesində fəal iştirak və digər maraqlı təqdimatlar təşkil olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti