...

TQDK xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbul olmaq istəyənlər üçün yeni vəsaitlər hazırlayıb

Cəmiyyət Materials 18 Fevral 2013 12:01 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən 2013/2014-ci tədris ili üçün ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarına hazırlıq işləri çərçivəsində xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə vəsaitlər çap edib.
TQDK xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbul olmaq istəyənlər üçün yeni vəsaitlər hazırlayıb

Azərbaycan, Bakı, 18 fevral /Trend, müxbir İ.İsabalayeva/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən 2013/2014-ci tədris ili üçün ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarına hazırlıq işləri çərçivəsində xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə vəsaitlər çap edib.

Komissiyadan bazar ertəsi Trend-ə verilən məlumata görə, bu vəsaitlər TQDK-nın əməkdaşları və TQDK nəzdində fəaliyyət göstərən elmi-metodiki seminarların iştirakçıları ilə birlikdə hazırlanıb. Vəsaitlər istiqamətlərə uyğun olaraq 5 kitabçada nəşr edilib. Həmin vəsaitlər "Təsviri sənət", "Musiqi sənəti", "Memarlıq və dizayn", "Teatr, kino və xoreoqrafiya sənətləri", "Bədən tərbiyəsi və idman" üzrədir .

Vəsaitlərdə ali təhsil müəssisələrinin, tam və ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin qabiliyyət tələb edən ixtisaslarının yığcam xarakteristikası, bu ixtisaslar üzrə seçmə turların şərtləri, qabiliyyət imtahanlarının və seçmə turların proqramları, qiymətləndirmə meyarları, seçmə turlara və imtahanlara hazırlıqla bağlı tövsiyələr, məsləhətlər, tapşırıq nümunələri, əyani vəsaitlərdən reproduksiyalar, şəkillər, cədvəllər, normativlər, bir sözlə, burada xüsusi qabiliyyət tələb edən ixtisasları seçənlərin marağına uyğun olan, sorğularına aydınlıq gətirən, imtahana hazırlaşmalarına fayda verə bilən ən zəruri materiallar öz əksini tapıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti