...

Bakının mərkəzi ərazilərində içməli suyun verilməsində məhdudiyyətlər olacaq

Cəmiyyət Materials 19 Fevral 2013 10:28 (UTC +04:00)
İstehlakçıların içməli su təchizatının yaxşılaşdırılması məqsədi ilə Bakı şəhəri Yasamal rayonu M.Müşfiq küçəsində yeni çəkilmiş 500 mm diametrli magistral su xətti şəbəkəyə qoşulur.
Bakının mərkəzi ərazilərində içməli suyun verilməsində məhdudiyyətlər olacaq

Azərbaycan, Bakı, 19 fevral / Trend/

İstehlakçıların içməli su təchizatının yaxşılaşdırılması məqsədi ilə Bakı şəhəri Yasamal rayonu M.Müşfiq küçəsində yeni çəkilmiş 500 mm diametrli magistral su xətti şəbəkəyə qoşulur.

"Azərsu" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, bununla əlaqədar 19-20 fevral 2013-cü il tarixlərində Bakı şəhəri Səbail rayonunun Badamdar və Bayıl qəsəbələrinin bəzi yerlərinə, eləcə də Yasamal rayonunun Yeni Yasamal yaşayış massivinin bir hissəsinə içməli su müəyyən məhdudiyyətlərlə veriləcək.

Yaranmış narahatlıqla əlaqədar "Azərsu" ASC abunəçilərdən üzr istəyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti