...

Azərbaycanda doktorantura təhsilində yeniliklər tətbiq ediləcək

Cəmiyyət Materials 21 Fevral 2013 13:37 (UTC +04:00)
Azərbaycan Təhsil Nazirliyi ali təhsilin doktorantura səviyyəsi üzrə yeniliklərin tətbiqi üçün kurikulum hazırlanması üzərində iş aparır. Trend-in məlumatına görə, bunu cümə axşamı jurnalistlərə Azərbaycanın təhsil naziri Misir Mərdanov deyib.
Azərbaycanda doktorantura təhsilində yeniliklər tətbiq ediləcək

Azərbaycan, Bakı, 21 fevral /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Təhsil Nazirliyi ali təhsilin doktorantura səviyyəsi üzrə yeniliklərin tətbiqi üçün kurikulum hazırlanması üzərində iş aparır. Trend-in məlumatına görə, bunu cümə axşamı jurnalistlərə Azərbaycanın təhsil naziri Misir Mərdanov deyib.

Onun sözlərinə görə, yaxın gələcəkdə doktoranturanın kurikulumu hazır olacaq.

"Azərbaycan Boloniya prosesinə yeni qoşulduğundan hələlik doktorantura pilləsinin kurikulumu hazırlanmayıb. Bu sahədə kurikulum hazırlanması istiqamətində iş gedir. Biz addımlarımızı atırıq, bu yolda dayanmamalıyıq", - Mərdanov deyib.

O qeyd edib ki, bu sənəd hazırlanarkən beynəlxaq təcrübə, o cümlədən Avropa təcrübəsini öyrənməlidir. Yaxın gələcəkdə Azərbaycan öz təcrübəsini və milli maraqlarını nəzərə almaqla, yeni kurikulum hazırlayacaq. Bu isə Azərbaycanın ali təhsil sistemində yenilik olacaq.

"Bu prosesin nə vaxt yekunlaşacağını deyə bilmərəm. Ancaq onu deyə bilərəm ki, bu istiqamətdə hazırda işlər gedir və yaxın gələcəkdə doktoranturanın kurikulumu hazırlanacaq", - nazir qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti