...

Gəncədə saxta rəylər əsasında bankdan külli miqdarda kredit götürülüb

Cəmiyyət Materials 25 Fevral 2013 14:51 (UTC +04:00)
Baş Prokurorluğun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində "Azərbaycan Sənaye Bankı" ASC-nin Gəncə filialında fəaliyyət göstərən qiymətləndirici-zərgərin qanun pozuntularına yol verməsi barədə müraciət araşdırılıb.
Gəncədə saxta rəylər əsasında bankdan külli miqdarda kredit götürülüb

Azərbaycan, Bakı, 25 fevral /Trend, müxbir İ.İzzət/

Gəncədə bankın qiymətləndirici-zərgəri dələduzluqda ittiham olunur.

Baş Prokurorluğun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində "Azərbaycan Sənaye Bankı" ASC-nin Gəncə filialında fəaliyyət göstərən qiymətləndirici-zərgərin qanun pozuntularına yol verməsi barədə müraciət araşdırılıb.

Müəyyən edilib ki, cəmiyyətlə bağladığı "Xidmətlərin göstərilməsi haqqında" müqaviləyə əsasən banka girov qoyulan zərgərlik məmulatlarının və qiymətli metalların qiymətləndirilməsini həyata keçirməyə, metalın əyarını, çəkisini, xassəsini doğru və dəqiq təyin etməyə cavabdeh şəxs olan Əliyev İlqar Məzahir oğlu cəmiyyətin külli miqdarda əmlakını ələ keçirmək məqsədilə qeyriləri ilə qabaqcadan əlbir olub kredit götürmək üçün bankın Gəncə filialına müraciət edən 54 müştəri tərəfindən girov qoyulmasından ötrü təqdim edilən dəmir parçalarının qızıl-zinət əşyası və ya yüksək dəyərə malik olması barədə saxta rəylər verərək 216.0 min manat məbləğində kreditin götürülməsinə nail olmaqla dələduzluq edib.

Faktla bağlı Cinayər Məcəlləsinin 178.3.2-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb.

Əliyev cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayətin digər iştirakçılarının müəyyənləşdirilməsi istiqamətində zəruri istintaq tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti