Azərbaycan, Bakı, 6 mart /Trend, müxbir İ.İsabalayeva/
Azərbaycanda ötən il ərzində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə 13 əcnəbi ailəsi övladlığa uşaq götürmək məqsədi ilə müraciət edib.
Trend-in məlumatına görə, "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci ildə fəaliyyəti haqqında hesabat"da qeyd edilib ki, hazırda Azərbaycanda övladlığa uşaq götürmək istəyən 15 əcnəbi ailə qeydiyyatdadır.
Əcnəbi və vətəndaşlığı olmayan şəxslər tərəfindən 2012-ci il ərzində 7 uşaq övladlığa götürülüb.
Həmin ailələrdən bir qismini Rusiya vətəndaşı olan azərbaycanlılar təşkil edir.