...

Daxili işlər orqanlarına işə qəbul elan edilib

Cəmiyyət Materials 30 Mart 2013 12:50 (UTC +04:00)
Daxili İşlər Nazirliyi respublikanın rayon polis orqanlarında əməliyyat müvəkkili, təhqiqatçı, polis sahə inspektoru vəzifələrinə xidmətə qəbulla əlaqədar müsabiqə elan edir.
Daxili işlər orqanlarına işə qəbul elan edilib

Azərbaycan, Bakı, 30 mart /Trend, müxbir İ.İzzət/

Daxili İşlər Nazirliyi respublikanın rayon polis orqanlarında əməliyyat müvəkkili, təhqiqatçı, polis sahə inspektoru vəzifələrinə xidmətə qəbulla əlaqədar müsabiqə elan edir.

Daxili İşlər Nazirlyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, müsabiqədə dövlət təhsil müəssisələrində ali hüquqşünas ixtisası almış, yaşı 30-dan yuxarı olmayan, subay, həqiqi hərbi xidmət müddətini tam başa vurmuş, "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə" ilə müəyyən olunmuş digər şərtlərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları, boyu 165 santimetrdən yuxarı kişi və 160 santimetrdən yuxarı olan qadınlar iştirak edə bilərlər.

Müsabiqədə iştirak üçün vətəndaşlar 2013-cü ilin aprel ayının 1-dən may ayının 1-dək hər gün (şənbə və bazar günləri istisna olmaqla) saat 10-dan 17-dək yaşayış yeri üzrə ərazi polis idarə və şöbələrinə müraciət edərək aşağıdakı sənədləri şəxsən təqdim etməlidirlər:

- şəxsiyyət vəsiqəsi;

- ali təhsil haqqında diplomun əsli;

- hərbi bilet;

- əmək kitabçası;

Əlavə məlumat almaq istəyənlər (012) 590-92-21, (012) 590-91-47, (012) 590-92-54 nömrəli telefonlar vasitəsilə Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsinə müraciət edə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti