...

Bakıda gənclər məclisi keçiriləcək

Cəmiyyət Materials 2 Aprel 2013 15:04 (UTC +04:00)
Trend-in məlumatına görə, Yeni Azərbaycan Partiyası Gənclər Birliyi, "Gənclərin İntellektual İnkişafına Yardım" İB-nin rəsmi tərəfdaşlığı ilə həyata keçirilən layihə sayca artıq 4-cüdür.
Bakıda gənclər məclisi keçiriləcək

Azərbaycan, Bakı, 2 aprel /Trend/

Bakıda "IB Gənclər Məclisi" keçiriləcək.

Trend-in məlumatına görə, Yeni Azərbaycan Partiyası Gənclər Birliyi, "Gənclərin İntellektual İnkişafına Yardım" İB-nin rəsmi tərəfdaşlığı ilə həyata keçirilən layihə sayca artıq 4-cüdür.

"IB Gənclər Məclisi" uğurlu, fərqli, yenilikçi gənclərin və gənc ruhlu şəxslərin bacarıqlarını, dünyagörüşlərini, biliklərini və kəşflərini bölüşə biləcəyi tək məclisdir.

"IB Gənclər Məclisi"ində iştirak üçün yerlər məhdud saydadır. İştirakçılar yalnız "IB Club" üzvləri və xüsusi dəvət edilmiş qonaqlardan ibarət olacaq.

Məclisə iştirakçılar istək məktubu əsasında seçiləcək. "IB Gənclər Məclisi"ndə iştirak tamamilə ödənişsizdir.

"Nar Mobile"in baş sponsoru olduğu layihədə iştirak etmək istəyənlər istək məktubunu [email protected] ünvanına göndərməlidirlər.

Məclis aprelin 6-da "Kempinski" hoteldə, 525 nəfərlik auditoriyada keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti