...

Azərbaycanda respublika fənn olimpiadasının qaliblərinin buraxılış imtahanlarından azad edilməsi ilə bağlı güzəştləri ləğv edilir

Cəmiyyət Materials 12 Aprel 2013 11:10 (UTC +04:00)
Azərbaycanda respublika fənn olimpiadasının qalibləri olan orta məktəb məzunlarının buraxılış imtahanlarından azad edilməsi ilə bağlı güzəştləri ləğv edilir.
Azərbaycanda respublika fənn olimpiadasının qaliblərinin buraxılış imtahanlarından azad edilməsi ilə bağlı güzəştləri ləğv edilir

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 12 aprel /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda respublika fənn olimpiadasının qalibləri olan orta məktəb məzunlarının buraxılış imtahanlarından azad edilməsi ilə bağlı güzəştləri ləğv edilir. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından cümə günü Trend-ə verilən məlumata görə, bu qurum tərəfindən orta məktəblərdə buraxılış imtahanları ötən ildən başlayaraq keçirilir. TQDK bu imtahanı keçirənə qədər Təhsil Nazirliyinin belə məzunlarının buraxılış imtahanlarından azad edilməsi barədə qərarı olduğu üçün ötən il belə məzunlar buraxılış imtahanlarından azad edilmişdilər. Ancaq bu il belə məzunların buraxılış imtahanlarında iştirakı nəzərdə tutulur. Bununla bağlı onlara güzəştin verilməsi planlaşdırılmır. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının orta məktəblərdə buraxlıış imtahanlarının keçirilməsi ilə hazırladığı yekun qaydaların layihəsinə görə də həmin məzunlar buraxılış imtahanlarında iştirak etməlidirlər. Bu layihə hələ təsdiqlənməyib

Təhsil Nazirliyindən isə Trend-ə bildirilib ki, Azərbaycanda respublika fənn olimpiadalarında I yeri tutan şagirdlərin buraxılış imtahanlarından azad edilməsi təcrübəsi 5 tədris ili müddətində tətbiq edilib. 2011/2012-ci tədris ilində olimpiada qalibi olmuş 19 məzun mərkəzləşdirilmiş qaydada keçirilmiş buraxılış imtahanlarından azad olunub. Belə məzunlar buraxılış imtahanında iştirak etmədikləri üçün onların illik qiymətləri attestata birbaşa yekun qiymət kimi yazılıb.

Bu il isə orta məktəblərin buraxlış siniflərinin 23 məzunu respublika fənn olimpiadasının qalibi olub. Onların 15-i XI sinif, 8-i IX sinif şagirdidir. Respublika fənn olimpiadası Azərbaycan dili, Azərbaycan tarixi, riyaziyyat, fizika, kimya, biologiya və informatika fənləri üzrə keçirilib.

Azərbaycan dili fənni üzrə 4 (2 nəfər XI, 2-i IX sinif), Azərbaycan tarixi üzrə 5 nəfər (3 nəfər XI, 1 nəfər IX, 1 nəfər X sinif şagirdi), riyaziyyat üzrə 5 nəfər (4 nəfər XI sinif, 1 nəfər X sinif şagirdi), fizika üzrə 3 nəfər (1 nəfər XI, 1 nəfər IX, 1 nəfər X sinif), kimya üzrə 6 nəfər (2 nəfər XI, 2 nəfər IX, 2 nəfər X sinif), biologiya üzrə 4 nəfər (2 nəfər XI, 1 nəfər IX, 1 nəfər X sinif), informatika üzrə 3 nəfər (1 nəfər XI, 1 nəfər IX, 1 nəfər X sinif) məzun I yeri tutub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti