...

Azərbaycanda hazırlanan Miqrasiya Məcəlləsi parlamentə təqdim olunub

Cəmiyyət Materials 18 Aprel 2013 11:34 (UTC +04:00)
Bakıda “Azərbaycanda mövcud və gələcək miqrasiya islahatlari” mövzusunda tədbir keçirilib.
Azərbaycanda hazırlanan Miqrasiya Məcəlləsi parlamentə təqdim olunub

Azərbaycan, Bakı, 18 aprel /Trend, müxbir İ.İzzət/

Bakıda "Azərbaycanda mövcud və gələcək miqrasiya islahatlari" mövzusunda tədbir keçirilib.

Trend xəbər verir ki, Azərbaycan Hüquqşünasları Konfederasiyası (AHK) və Amerika Ticarət Palatasının təşkilatçılığı ilə "Azərbaycanda mövcud və gələcək miqrasiya islahatlari" mövzusunda təqdimat tədbiri keçirilib.

Tədbiri giriş nitqi ilə açan Azərbaycan Hüquqşünasları Konfederasiyası idarə heyətinin sədri, millət vəkili Əli Hüseynli bildirib ki, "ASAN xidməti" ölkə vətəndaşları arasında çox müsbət rezonans yaradıb. Orada görülən işlərin Azərbaycan Prezidentinin "ASAN xidmət"in yaradılması addımının nə dərəcə doğru olduğunu göstərir. O, əcnəbi iş adamlarının "ASAN xidmət"ini təşviq etmələrinin önəmliliyini qeyd edib. Millət vəkili, həmçinin son illər ölkədə miqrasiya sahəsində çox önəmli işlərin görüldüyün də vurğulayıb.

Miqrasiya Məcəlləsi Milli Məclisə təqdim olunub. Məcəllənin layihəsi müzakirə mərhələsindədir.

Amerika Ticarət Palatasının prezidenti İlqar Vəliyev isə qeyd edib ki, bu tədbir miqrasiya sahəsində çalışan mütəxəssislər və dövlət qurumları üçün, o cümlədən biznes strukturları üçün səmərəli olacaq.

Dövlət Miqrasiya Xidmətinin Baş İdarə rəisi İsmayıl Abdullayev bildirib ki, miqrasiya qanunvericiliyi sahəsində islahatlar aparılır. Miqrasiya Məcəlləsinin qəbulu xüsusilə iş adamlarına böyük töhfə olacaq. Məcəllədə biznes mühitinin yaxşılaşdırılması nəzərdə tutulur.

Tədbirdə Dövlət Miqrasiya Xidmətinin Təşkilat-Nəzarət İdarəsinin və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin məsul əməkdaşları müvafiq olaraq "Miqrasiya Xidməti sektorunda aparılan son qanunvericilik islahatları", eləcə də "ASAN Xidmət Mərkəzində göstərilən xidmət növləri arasında Miqrasiya Xidməti barədə" mövzusunda təqdimatla çıxış ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti