...

Qərib Məmmədov: Azərbaycanda torpaqların 40 faizi şoranlaşmaya məruz qalıb

Cəmiyyət Materials 24 Aprel 2013 12:21 (UTC +04:00)
Azərbaycanda torpaqların 40 faizi şoranlaşmaya məruz qalıb. Trend-in məlumatna görə, bunu çərşənbə günü jurnalistlərə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov deyib.
Qərib Məmmədov: Azərbaycanda torpaqların 40 faizi şoranlaşmaya məruz qalıb

Azərbaycan, Bakı, 24 aprel /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda torpaqların 40 faizi şoranlaşmaya məruz qalıb. Trend-in məlumatna görə, bunu çərşənbə günü jurnalistlərə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov deyib.

Onun sözlərinə görə, şoranlaşma Kür-Araz ovalığında daha çox müşahidə olunur. Burada 2,3 milyon ha torpaq sahəsinin təxminən 30 faizi müxtəlif dərəcədə şoranlaşıb.

Komitə sədri qeyd edib ki, Azərbaycanda iri taxıılçılıq təsərrüfatları yaradılmaqla ərzaq təhlükəsizliyinin təmini məsələsi həll olunacaq. İri taxıılçılıq təsərrüfatlarının yaradılması məqsədilə I mərhələdə Ağcabədi və Beyləqan rayonları ərazisində 4800 ha torpaq sahəsi ayrılıb.

Qəribovun sözlərinə görə, artıq tender elan olunub. Burada müasir meliorasiya və irriqasiya, aqrotexnika, aqrokimya tətbiq edilməklə hər hektardan 50-55 sentner məhsul almaq nəzərdə tutulur. Komitə sədri hesab edir ki, bununla da Azərbaycanda ərzaq təhlükəsizliyinin təmin edilməsi məsələsi həll olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti