...

YAP Nizami rayon təşkilatında Çernobıl əlilləri ilə görüş keçirilib (FOTO)

Cəmiyyət Materials 24 Aprel 2013 16:46 (UTC +04:00)
Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatında Çernobıl qəzasının aradan qaldırılmasında iştirak etmiş rayon sakinləri ilə görüş keçirilib.
YAP Nizami rayon təşkilatında Çernobıl əlilləri ilə görüş keçirilib  (FOTO)

Azərbaycan, Bakı, 24 aprel /Trend, müxbir M.Əliyev/

Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatında Çernobıl qəzasının aradan qaldırılmasında iştirak etmiş rayon sakinləri ilə görüş keçirilib.

Nizami rayon təşkilatından Trend-ə verilən məlumata görə, görüşdə çıxış edən YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva bildirib ki, bu dəhşətli qəza bütün dünyada əks-səda doğurub. "Hadisə nəticəsində 7 min insan ölüb, 25 min insan güclü radiasiyaya məruz qalaraq ömürlük şikəst olub. 1986-cı ildə keçmiş SSRİ-nin digər respublikalarının nümayəndələri ilə birlikdə Azərbaycandan da 7 mindən çox insan bu qəzanın aradan qaldırılması üçün Çernobıla yola düşüb. Təhlükəli və ağır şəraitdə işləmək iştirakçıların əksəriyyətinin səhhətinə ciddi təsir göstərib. Onların bir çoxu normadan artıq şüalanmaya məruz qalıb, səhhətlərinə ciddi ziyan dəyib. Hadisədən artıq 27 il keçməsinə baxmayaraq, bir çox iştirakçılar bu gün də əziyyət çəkirlər", - Vəliyeva deyib.

Onun sözlərinə görə, Çernobıl qəzası zamanı əlil olmuş vətəndaşların vəziyyətini çox gözəl bilən ümummilli lider Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtdıqdan az sonra, yəni 1993-cü ilin sonlarında bu qəzanın ləğvində iştirak etmiş və həmin qəzadan zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında xüsusi sərəncam imzalayıb və bununla da Çernobıl əlillərinə diqqət və qayğı artırılıb.

Vəliyeva vurğulayıb ki, Çernobıl əlilləri hər zaman dövlətçiliyi müdafiə edib, Prezident İlham Əliyevin siyasətini bəyənib: "Və əminəm ki, qarşıdan gələn seçkilərdə də Heydər Əliyev siyasətinin davamlı olmasına dəstək verəcəklər".

Tədbirdə qeyd olunub ki, Nizami rayonunda yaşayan, Çernobıl qəzasının aradan qaldırılmasında iştirak etmiş insanlar müxtəlif dərəcəli əlildirlər və onlar dövlət tərəfindən müəyyən edilmiş təqaüd, müavinətlər və müraciət etdikləri zaman sanator müalicə ilə təmin olunurlar.

Tədbirin sonunda 100-dən artıq Çernobıl əlilinə yardım verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti