...

AMEA prezidenti: Güman edirəm ki, doktoranturaya daxil olan gənclərin hərbi xidmətdən azad edilməsi məsələsində razılığa gəlinəcək

Cəmiyyət Materials 26 Aprel 2013 17:23 (UTC +04:00)
Güman edirəm ki, doktoranturaya daxil olan gənclərin hərbi xidmətdən azad edilməsi məsələsində hökumətlə, Milli Məclislə razılığa gələ bilərik.
AMEA prezidenti: Güman edirəm ki, doktoranturaya daxil olan gənclərin hərbi xidmətdən azad edilməsi məsələsində razılığa gəlinəcək

Azərbaycan, Bakı, 26 aprel /Trend, müxbir İ.İsabalayeva/

Güman edirəm ki, doktoranturaya daxil olan gənclərin hərbi xidmətdən azad edilməsi məsələsində hökumətlə, Milli Məclislə razılığa gələ bilərik. Bunu cümə günü Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə deyib.

O, doktoranturaya daxil olan gənclərin hərbi xidmətdən azad edilməsini çox istədiklərini deyib.

"İstedadlı adam doktoranturaya daxil olduqdan sonra hərbi xidmətə aparılanda bilik zəncirində qırılma təhlükəsi yaranır. Güman edirəm ki, hökumətlə, Milli Məclislə bu məsələdə razılığa gələ bilərik", - Əlizadə bildirib.

O qeyd edib ki, bu il AMEA müəssisələrində doktorantura üçün ayrılmış plan yerləri tam dolmadı.

"Bu yerlərin dolmamağı onu göstərir ki, elmə maraq azalmaqdadır. Bizim ən böyük vəzifəmiz AMEA-nın, elmin nüfuzunu qaldırmaqdır. İndi gəncləri doktoranturaya güclə gətirmək mümkün deyil. Biz gənclər arasında AMEA-nın imkanlarını, maddi-texniki bazası haqqında məlumatları, akademiyanın gələcək stimulları haqqında təbliğatı elə aparmalıyıq ki, gənclər elmə cəlb olunsun", - akademiya prezidenti əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti