...

Kürün aşağı axınında suyun səviyyəsi artıb

Cəmiyyət Materials 26 Aprel 2013 19:28 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 40-110, Kiçik Qafqazın çaylarında 50-90, Lənkəran-Astara bölgəsi çaylarında 90-100, Naxçıvan MR çaylarında isə normanın 10 faizini təşkil edir.
Kürün aşağı axınında suyun səviyyəsi artıb

Azərbaycan, Bakı, 26 aprel /Trend/

Kür çayının aşağı axınında suyun səviyyəsi artıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 40-110, Kiçik Qafqazın çaylarında 50-90, Lənkəran-Astara bölgəsi çaylarında 90-100, Naxçıvan MR çaylarında isə normanın 10 faizini təşkil edir.

Aprelin 26-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 25 sm azalma qeydə alınıb. Hazırda məntəqədə su sərfi 320 m3/s olmaqla, ongünlük normanın 45 faizini təşkil edir. 2012-ci ildə isə bu rəqəm bir qədər çox olmaqla 481 m3/s və ongünlük normanın 68 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 4 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 137 m3/s olmaqla, ongünlük normanın 77 faizini təşkil edir. 2012-ci ildə bu göstərici bu il ilə müqayisədə bir qədər çox olmaqla 178 m3/s təşkil edib və ongünlük normanın 102 faizinə bərabər olub.

Aprelin 26-da Kür çayının aşağı axınında isə suyun səviyyəsində artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində suyun səviyyəsində 5 sm, Şirvanda 10 sm, Salyanda 14 sm, Bankədə 8 sm, Araz çayının Novruzlu məntəqəsində isə 5 sm artım qeydə alınıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 458 sm (2012-ci il aprelin 26-da 519 sm), Şirvanda 339 sm (2012-ci il aprelin 26-da 433 sm), Salyanda 279 sm (2012-ci il aprelin 26-da 378 sm), Bankədə 233 sm (2012-ci il aprelin 26-da 283 sm), Araz çayının Novruzlu məntəqəsində isə 195 sm (2012-ci il aprelin 26-da 230 sm) təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti