...

Azadlığa buraxılan məhkumların sayı 158 nəfərə çatdı

Cəmiyyət Materials 18 May 2013 20:43 (UTC +04:00)
“Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi münasibətilə amnistiya elan edilməsi haqqında” Milli Məclisin 07.05.2013-cü il tarixli qərarının cəzaçəkmə müəssisələri üzrə icrası davam edir.
Azadlığa buraxılan məhkumların sayı 158 nəfərə çatdı

Azərbaycan, Bakı, 18 may /Trend/

"Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi münasibətilə amnistiya elan edilməsi haqqında" Milli Məclisin 07.05.2013-cü il tarixli qərarının cəzaçəkmə müəssisələri üzrə icrası davam edir.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, bu gün Xidmətin 14 saylı cəzaçəkmə müəssisəsində amnistiya qərarının təsiri dairəsinə düşən məhkumların növbəti hissəsi azadlığa buraxılıb.

Azadlığa buraxılan 7 nəfər məhkumla bağlı amnistiya qərarının icrası Ədliyyə Nazirliyinin məsul əməkdaşlarının, Ədliyyə Naziri yanında fəaliyyət göstərən İctimai Komitənin və Penitensiar Xidmətin Baş idarəsində təşkil olunmuş müvafiq komissiya üzvlərinin iştirakı ilə həyata keçirilib.

Mayın 18-dək Penitensiar Xidmətin tabeliyində olan cəzaçəkmə müəssisələri üzrə amnistiya qərarının təsiri dairəsinə düşən 158 nəfər məhkum azadlığa buraxılıb.

Xəbər lenti

Xəbər lenti