Azərbaycan, Bakı, 23 may /Trend, müxbir İ.İsabalayeva/
Azərbaycan Təhsil Nazirliyi özəl universitetlərdə jurnalistika ixtisaslarına tələbə qəbulunun bərpa edilib-edilməyəcəyi məsələsinə aydınlıq gətirib.
Trend-in Təhsil Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, özəl universitetlərdə jurnalistika fakültələri yenidən açıla bilər. Ancaq bunun üçün onların tələb olunan maddi-texniki baza və kadr potensialı olmalıdır: "Gələcəkdə hər hansı ali təhsil müəssisəsində "jurnalistika" ixtisası üzrə müasir tələblərə cavab verən maddi-texniki baza və kadr potensialı yaradıldığı halda bu ixtisas üzrə tələbə qəbulu bərpa oluna bilər".
Qeyd edək ki, ötən ildən özəl ali məktəblərdə jurnalistika ixtisaslarına tələbə qəbulu dayandırılıb.