...

Hər qarışı tarix - Azərbaycan (FOTO)

Cəmiyyət Materials 27 May 2013 09:53 (UTC +04:00)
Qədim mənbələrdə adı çəkilən Şabran şəhərinin qalıqları hazırda rayon ərazisindəki Şahnəzərli kəndi ərazisindədir.
Hər qarışı tarix - Azərbaycan (FOTO)

Azərbaycan, Bakı, 27 may /Trend, müxbir R.Hafizoğlu/

Qədim mənbələrdə adı çəkilən Şabran şəhərinin qalıqları hazırda rayonun Şahnəzərli kəndi ərazisindədir.

Kənd ərazisində başladılan qazıntı işləri nəticəsində, gil və saxsı qab qırıqları, Sasanilər dövrünə aid kərpiclər, təknə qəbirlər və erkən orta əsrlər şəhərinə məxsus digər maddi mədəniyyət nümunələri tapılıb.

Hazırda qoruq kimi mühafizə olunan əraziyə dünyanın bir çox yerlərindən turist axınını müşahidə etməklə yanaşı, yerli sakinlərin də mütamadi olaraq bu yerə baş çəkdiklərini görmək olar.

Trend oxucularına tariximizin bir hissəsi olan qədim Şabran qalasındın çəkilən fotoşəkilləri təqdim edir.

Foto Rufiz Hafizoğlu

Məqalədə:
Xəbər lenti

Xəbər lenti