...

Parisdə Əlimərdan bəy Topçubaşovun 150 illik yubileyi qeyd edilib (FOTO)

Cəmiyyət Materials 30 May 2013 03:14 (UTC +04:00)
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Azərbaycan Demokratik Respublikasının (1918-1920) banilərindən biri, ADR Parlamentinin sədri Əlimərdan bəy Topçubaşovun 150 illik yubileyinin qeyd olunmasına dair Sərəncamının icrasını təmin etmək məqsədilə cari ilin 27 may tarixində Azərbaycanın Fransadakı səfirliyi tədbirlər təşkil edib.
Parisdə Əlimərdan bəy Topçubaşovun 150 illik yubileyi qeyd edilib (FOTO)
Azərbaycan, Bakı, 30 may /Trend/
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Azərbaycan Demokratik Respublikasının (1918-1920) banilərindən biri, ADR Parlamentinin sədri Əlimərdan bəy Topçubaşovun 150 illik yubileyinin qeyd olunmasına dair Sərəncamının icrasını təmin etmək məqsədilə cari ilin 27 may tarixində Azərbaycanın Fransadakı səfirliyi tədbirlər təşkil edib.
Azərbaycanın Fransadakı səfirliyindən Trend-ə verilən məlumata görə,əvvəlcə səfirliyin və Azərbaycanın YUNESKO-dakı Daimi Nümayəndəliyinin əməkdaşları Əlimərdan bəy Topçubaşovun Parisin Sən Klu rayonunda yerləşən qəbiristanlıqdakı məzarını ziyarət edib və onun qəbri üzərinə əklil qoyublar.
Sonra Parisin 16-cı rayonunda Dekamp küçəsi 37 ünvanında yerləşən, Əlimərdan bəy Topçubaşovun 1920-ci ildə yaşadığı binanın üzərində yeni lövhənin açılış mərasimi keçirilib.
Açılış mərasimində çıxış edən səfir Elçin Əmirbəyov, Azərbaycanın dövlətçilik tarixindən, xüsusilə də müsəlman Şərqində ilk demokratik respublika olan ADR-dən söhbət açıb, ilk Respublikanın banilərindən olan Ə.bəy Topçubaşovun xalqımız qarşısında xidmətlərindən danışıb. Səfir mərasim iştirakçılarına Paris Sülh Konfransında Azərbaycan nümayəndə heyətinin rəhbəri qismində Əlimərdan bəy Topçubaşovun apardığı diplomatik fəaliyyəti haqqında ətraflı məlumat verib.
Daha sonra qonaqlar Azərbaycan Mədəniyyət Mərkəzinə dəvət ediliblər və Əlimərdan bəy Topçubaşovun həyat və ictimai-siyasi fəaliyyətini əks etdirən fotosərgi ilə tanış olublar.
Tədbirlərdə Fransa Parlamenti, XİN-i, Parisin 16-cı rayonunun meriyasının, habelə Parisdəki diplomatik korpusun nümayəndələri iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti