...

Türkiyədəki etiraz aksiyalarının Azərbaycandan həmin ölkəyə turist axınına təsir edib-etmədiyi açıqlanıb

Cəmiyyət Materials 3 İyun 2013 12:00 (UTC +04:00)
Azərbaycandan Türkiyəyə gedən turistlər yay aylarında dinçəlmək üçün daha çox dənizkənarı ərazilərə - Antalyaya, Bodruma, qış aylarında isə İstanbula gedirlər. Bunu Trend-ə Azərbaycan Turizm Assosiasiyasının (AzTA) sədri Nahid Bağırov deyib.
Türkiyədəki etiraz aksiyalarının Azərbaycandan həmin ölkəyə turist axınına təsir edib-etmədiyi açıqlanıb

Azərbaycan, Bakı, 3 iyun /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycandan Türkiyəyə gedən turistlər yay aylarında dinçəlmək üçün daha çox dənizkənarı ərazilərə - Antalyaya, Bodruma, qış aylarında isə İstanbula gedirlər. Bunu Trend-ə Azərbaycan Turizm Assosiasiyasının (AzTA) sədri Nahid Bağırov deyib.

İstanbulda Taksim meydanında Gezi (Gəzinti) parkında inşa edilməsi nəzərdə tutulan böyük ticarət mərkəzinin tikintisinə etiraz olaraq mayın 31-dən başlayan ölkənin bir neçə şəhərindəki etiraz aksiyalarının Azərbaycandan həmin ölkəyə turist axınına hələlik təsir etmədiyini deyən assosiasiya sədrinin sözlərinə görə, yaxın müddət üçün Türkiyəyə getmək istəyən Azərbaycan turistlərinin biletlərinin dəyişdiilməsi hallarına da hələlik rast gəlinməyib.

N.Bağırov bildirib ki, Azərbaycandan Türkiyəyə istirahətə getmək istəyən turistlər dincəlmək üçün İstanbulun mərkəzini deyil, daha cox dənizkənarı əraziləri seçirlər. Bu baxımdan da problem yoxdur:

"Turistlər İstanbulun mərkəzindən cox, onun ətraf ərazilərinə gedirlər. Taksim meydanına isə turistlər səfərlərinin cox az vaxtını sərf edərlər. Dünən də turizm şirkətləri ordakı turistlərimizlə danışıblar. Onlar hər şeyin normal olduğunu, heç bir problemin olmadığını bildiriblər".

N.Bağırov qeyd edib ki, azərbaycanlı turistlər Türkiyəyə daha çox iyul-avqust aylarında səfər edirlər.

O, Türkiyədə baş verən aksiyaların bu ölkədə turizm xidmətlərinin qiymətlərinə təsir edəcəyinə inanmadığını da söyləyib. Assosiasiya sədri deyib ki, Türkiyədə daha ciddi problemlər yaranarsa, nəticədə hotellərdə yerlər boş qalarsa, onda xidmətlərin qiymətlərində müəyyən endirimlər ola bilər:

"Ancaq buna da inanmıram. Çünki bu ölkədə müharibə, terror qorxusu yoxdur, insanlar sadəcə, öz fikirlərini bildirirlər".

N.Bağırov ötən illə müqayisədə bu il ərzində Azərbaycandan Türkiyəyə gedən turistlərin sayında 10-15 faiz artımın olacağının gözlənildiyini də qeyd edib. O, bu artımı ötən illə müqayisədə çarter reyslərin sayının çoxalması, insanların dincəlmək üçün Türkiyəyə daha çox üstünlük verməsi ilə izah edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti