...

Güclü külək Şəkidə fəsadlar törədib, xəsarət alanlar var

Cəmiyyət Materials 4 İyun 2013 09:43 (UTC +04:00)
Şəkidə iyunun 3-də axşam saatlarında başlayan güclü külək şəhərdə bir sıra problemlərə yol açıb.
Güclü külək Şəkidə fəsadlar törədib, xəsarət alanlar var

Azərbaycan, Bakı, 4 iyun /Trend, müxbir İ.İzzət/

Şəkidə iyunun 3-də axşam saatlarında başlayan güclü külək şəhərdə bir sıra problemlərə yol açıb.

Trend Kanal S-ə istinadən xəbər verir ki, şəhərin bir çox hissəsinə elektrik enerjisinin verilişi dayandırılıb. Şəki elektrik şəbəkəsindən verilən məlumatda hazırda bu istiqamətdə işlər aparıldığı və enerji verilişinin qısa zamanda tam bərpa olunacağı bildirilib.

Küləyin təsirindən ağaclar, elektrik dirəkləri aşıb. Şəhərin Məhəmməd Əmin Rəsulzadə prospektində Dram Teatrının yaxınlığında quraşdırılmış plakat yaxınlıqdakı binanın üzərinə aşıb. Bu zaman həmin binada yaşayan evin sakini pəncərini bağlamaq istəyərkən aşan plakatı görüb və geri çəkilərkən yıxılaraq xəsarət alıb. Hadisə barədə dərhal Təcili Təxirəsalınmaz Tibbi Xidmətə müraciət olunub və qadına ilkin tibbi yardım göstərilib.

Daha bir hadisə isə şəhərin Sabit Rəhman küçəsində baş verib. Küçənin kənarında elektrik dirəyi küləyin təsirindən qırılsa da, naqillər onun aşmasının qarşısını alıb. Bununla belə ərazidə təhlükəli vəziyyət davam edir.

Həmçinin şəhərin aşağı hissələrində bəzi ağaclar kökündən çıxaraq aşıb. Aşan ağaclar yol kənarına qoyulub və nəqliyyatın hərəkəti bərpa edilib. Sel sularının çoxalması nəticəsində yol kənarında arxlar daşıb və yollarda hərəkəti iflic edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti