...

Bakı yol polisi sürücülərə alternativ yolu göstərdi

Cəmiyyət Materials 9 İyul 2013 12:07 (UTC +04:00)
Bakı şəhərinin Həsən Əliyev(keçmiş İnqilab) küçəsi ilə kəsişməsindən Tbilisi prospekti ilə Şəfayət Mehdiyev küçəsi də daxil olmaqla A.Salamzadə küçəsi kəsişməsinədək 20 yanvar dairəsindən şəhər istiqamətində olan avtomobil yolu yeni asfalt örtüyünün çəkilməsi, səki daşlarının quraşdırılması ilə əlaqədar avtomobillərin hərəkəti üçün qısa müddətə bağlanılıb, istiqamət dəyişdirilib.
Bakı yol polisi sürücülərə alternativ yolu göstərdi

Azərbaycan, Bakı, 9 iyul /Trend, müxbir İ.İzzət/

Bakı şəhərinin Həsən Əliyev (keçmiş İnqilab) küçəsi ilə kəsişməsindən Tbilisi prospekti ilə Şəfayət Mehdiyev küçəsi də daxil olmaqla A.Salamzadə küçəsi kəsişməsinədək 20 yanvar dairəsindən şəhər istiqamətində olan avtomobil yolu yeni asfalt örtüyünün çəkilməsi, səki daşlarının quraşdırılması ilə əlaqədar avtomobillərin hərəkəti üçün qısa müddətə bağlanılıb, istiqamət dəyişdirilib. Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov bildirib.

Onun sözlərinə görə, Bakı şəhər DYP əhalinin və avtomobil sürücülərinin nəzərinə çatdırır ki, Sumqayıt, Xırdalan və digər istiqamətlərdən Bakıya 20 yanvar tərəfdən daxil olan avtomobil sürücüləri Bakı Beynəlxalq Avtovağzal Kompleksinin yerləşdiyi inzibati binanın yanından sağa, 3-cü kənar dairəvi yolla gedərək istənilən küçə və prospekt üzrə hərəkət edə bilərlər: "Sürücülərdən bir daha xahiş edirik ki, mümkün qədər 20 yanvar dairəsi tərəfə girməsinlər. Tıxacların və yol qəzalarının baş verməməsinin alternativ yol olaraq 3-cü kənar dairəvi yoldan istifadə etsinlər. Şəhərdən çıxış üçün isə yol artıq açılıb və şəhərdən çıxmaq mümkündür".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti