...

Akif Əlizadə Terminologiya Komissiyasının sədri oldu

Cəmiyyət Materials 15 İyul 2013 15:07 (UTC +04:00)
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədri müəyyənləşib.
Akif Əlizadə Terminologiya Komissiyasının sədri oldu

Azərbaycan, Bakı, 15 iyul /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədri müəyyənləşib.

Komissiyanın sədr müavini Sayalı Sadıqova Trend-ə bildirib ki, NK-nın bu günlərdə verdiyi qərarla Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə Terminologiya Komissiyasının sədri vəsifəsinə təsdiq edilib. Bu ilin sentyabrında sədrin iştirakı ilə komissiyanın iclası keçiriləcək və görüləcək tədbirlər müzakirə ediləcək. Bu ilin noyabrında Terminologiya Komissiyasının 90 illik yubileyinin keçirilməsi də nəzərdə tutulur.

Qeyd edək ki, Nazirlər Kabineti yanında yeni yaradılan Terminologiya Komissiyası Azərbaycanda elmi-ədəbi dili təkmilləşdirmək məqsədilə kütləvi informasiya vasitələrində, dövri mətbuatda, televiziya və radioda, orta və ali məktəblərin dərsliklərində, digər tədris vəsaitlərində yeni termin və anlayışların dilin normalarına müvafiq qaydada işlədilməsinə, idarə və müəssisələrin kargüzarlıq işlərində düzgün istifadəsinə nəzarət edəcək.

Xatırladaq ki, ötən ilin sonlarında yaradılmış komissiyanın sədri AMEA-nın keçmiş prezidenti Mahmud Kərimov idi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti