...

Azərbaycan və Türkiyə mediası arasındakı təmasların daha da dərinləşdirilməsi müzakirə olunub (FOTO)

Cəmiyyət Materials 15 İyul 2013 16:26 (UTC +04:00)
Mətbuat Şurasının sədri Əflatun Amaşov Türkiyənin Azərbaycandakı səfirliyinin yeni mətbuat müşaviri Hamit Karadenizlə iki ölkə mediası arasındakı təmasların daha da dərinləşdirilməsini müzakirə edlib.
Azərbaycan və Türkiyə mediası arasındakı təmasların daha da dərinləşdirilməsi müzakirə olunub (FOTO)

Azərbaycan, Bakı, 15 iyul /Trend, müxbir M.Əliyev/

Mətbuat Şurasının sədri Əflatun Amaşov Türkiyənin Azərbaycandakı səfirliyinin yeni mətbuat müşaviri Hamit Karadenizlə iki ölkə mediası arasındakı təmasların daha da dərinləşdirilməsini müzakirə edlib.

Şuradan Trend-ə verilən məlumata görə, görüşdə Əflatun Amaşov rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətlərindən söz açıb. Şuranın Türkiyənin Azərbaycandakı səfirliyi ilə sıx əməkdaşlıq münasibətlərinə malik olduğunu vurğulayan Amaşov mövcud prosesdə mətbuat müşavirliyinin mühüm rol oynadığını diqqətə çatdırıb. O, qarşılıqlı əməkdaşlığın bundan sonra da davam edəcəyinə inamını ifadə edib.

Karadeniz isə görüşdə hər iki ölkə mediası arasındakı təmasların daha da dərinləşdirilməsinin vacibliyini bildirib və mövcud istiqamətdə Mətbuat Şurası ilə əməkdaşlığın zəruriliyini vurğulayıb.

Görüşdə Azərbaycan və Türkiyə mediasının xüsusiyyətləri ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, 1957-ci ildə Türkiyənin Qars şəhərində anadan olan Karadeniz uzun illər ölkənin təhsil sistemində də yüksək vəzifələrdə çalışıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti