Azərbaycan, Bakı, 18 iyul /Trend, müxbir İ.İzzət/
Şabran Rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə başçəkmə həyata keçirilib.
Ombudsman Aparatının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, ombudsmanın Quba Regional Mərkəzinin üzvləri bu günlərdə Azərbaycan Daxili İşlər Nazirliyinin Şabran Rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə başçəkmə həyata keçiriblər.
Şübhəli şəxs qismində tutulan şəxslərlə başçəkmə zamanı söhbət aparılıb, saxlanma şəraiti və onlara qarşı rəftar araşdırılıb, həmin şəxslərə hüquqları izah edilib.
Başçəkmə zamanı qanun pozuntuları müşahidə edilməyib.