...

Bakıda təyyarə bələdçisinin sifətinə kimyəvi maye atan şəxs barəsində həbs qətimkan tədbiri seçilib

Cəmiyyət Materials 29 İyul 2013 09:54 (UTC +04:00)
Fakta görə həmin tarixdə Xəzər Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.
Bakıda təyyarə bələdçisinin sifətinə kimyəvi maye atan şəxs barəsində həbs qətimkan tədbiri seçilib

Azərbaycan, Bakı, 29 iyul /Trend, müxbir İ.İzzət/

Bakıda təyyarə bələdçisinin sifətinə naməlum kimyəvi maye atan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Bakı şəhər Prokurorluğun mətbuat xidmətindən Trend-ə bildiriblər ki, iyulun 26-da saat 00:15 radələrində Bakı şəhər sakini 1963-cü il təvəllüdlü, əvvəllər məhkum olunmuş Fərhad Əddürəhmanov keçmiş arvadı 1972-ci il təvəllüdlü, hava limanında təyyarə bələbçisi işləyən Alfiyə Əddürəhmanovanın Binə qəsəbəsində yaşadığı evinə gələrək şəxsi münasibətlər zəminində sonuncunun sifətinə naməlum kimyəvi maye atıb ona ağır bədən xəsarətləri yetirib.

Fakta görə həmin tarixdə Xəzər Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.

İş üzrə cinayəti törətməkdə şübhəli bilinən Fərhad Əddürəhmanov Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində Xəzər rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə istintaq davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti