...

Bakıdakı şirniyyat istehsal edən müəssisədə ziyanverici həşəratlar aşkar edilib (FOTO)

Cəmiyyət Materials 20 Avqust 2013 13:00 (UTC +04:00)
Bakıda fiziki şəxsə məxsus daha bir müəssisədə şərq şirniyyatı istehsalı və satışı qadağan edilib.
Bakıdakı şirniyyat istehsal edən müəssisədə ziyanverici həşəratlar aşkar edilib (FOTO)

Azərbaycan, Bakı, 20 avqust /Trend, müxbir İ.İzzət/

Bakıda fiziki şəxsə məxsus daha bir müəssisədə şərq şirniyyatı istehsalı və satışı qadağan edilib.

Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Komitə yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Şəfəq küç. 1 ünvanında fəaliyyət göstərən fiziki şəxs Quliyeva Təranəyə məxsus şirniyyat sexində istehsal olunan məhsulların normativ sənədlərin tələblərinə uyğunluğunu araşdırmaq məqsədilə dövlət nəzarəti həyata keçirilib.

Araşdırma zamanı müəyyən olunub ki, sanitariya norma və qaydalarına məhəl qoyulmadan işləyən müəssisə texnoloji prosesi reqlamentləşdirən texnoloji təlimat və reseptura olmadan fəaliyyət göstərir, şirniyyat məhsulları gigiyenik və uyğunluq sertifikatları olmadan istehsal olunur, məhsulların sınaqları aparılmır, istismar olunan ölçmə vasitələri müqayisəli dövlət yoxlanışından keçirilməyib.

İstehsal zamanı mənşəyi məlum olmayan, istifadəyə yararsız ərzaq məhsullarından istifadə olunduğu da müəyyən olunub. Belə ki, un kisələrinin içində külli miqdarda ziyanverici həşəratlar aşkarlanıb, hazır məhsulların sobadan çıxdığı an natəmiz şəraitdə soyudulduğu, ümumilikdə antisanitariya vəziyyətinin hökm sürdüyü müəyyən olunub.

Aşkar olunmuş bu və digər nöqsanlarla əlaqədar olaraq qanunvericiliyin tələblərinə əsasən inzibati protokol tərtib edilib, fiziki şəxs Quliyeva Təranəyə məxsus müəssisədə şərq şirniyyatlarının istehsalı və satışı qadağan edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti